MİQ imtahanları bu gün daha iki fənn üzrə DAVAM EDİR

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün – iyulun 3-də də davam edəcək.

Viral.az-ın məlumatına görə, bu gün ibtidai sinif və musiqi fənləri üzrə namizədlər test imtahanları verəcəklər.

Test imtahanları 2 – 10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.