Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Görüləcək təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Suraxanı, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə  Hövsan Bağlar yaşayış  massivinin və Hövsan kəndinin, Nərimanov rayonu üzrə  A. Nemətulla, F.X.Xoyski və Ə.Rəcəbli küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsinin, Almaz İldırım, Sabir, Dənizkənarı, Şimal DRES və Mayak Bağları yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son Yazılar: