Lerikdə “Niva” maşını ağaca çırpılıb

Lerikdə “Niva” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Viral.az APA-ya istinadən məlumat verir ki, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, “meşə yolu” deyilən ərazidə qəza hadisəsi baş verib.

Ağır qəzada xəsarət alanlar müəllim və həkim imiş…

Son Yazılar:

Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.