İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin siyahısı açıqlanıb.
Viral.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 112 saylı Zaqatala seçki dairəsindən YAP-ın namizədi olub.
Bu səbəbdən A.Əsgərovun Nəsimi Rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcəyi gözlənilir.