Bu gəncdə özəl bir ruhani cizgilər var

“Hidayət Heydərov ilk Olimpiya qızılımızı, həm də fransız idmançıya qalib gələrək qazandı. Bu gəncdə özəl bir ruhani cizgilər var”.

Viral.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçumuz Hidayət Heydərovun qələbəsi barədə danışarkən bildirib. 

“Qalib gələn kimi dərhal rəqibinə hörmət ifadə edən addımları unutmur. Ağır zəhmət bahasına gəldiyi məqamın məsuliyyətini bəlkə də hamıdan çox daşıyır. Qələbəni isə elə mübahisəsiz qazandı ki, illər boyu unudulmayacaq”, – deputat deyib. 

Son Yazılar:

Fazil Mustafa əlavə edib ki, idmançımız Hacı Əliyevdən də ayrıca gözləntimiz var:

“O da qəhrəman bir oğuldur. Hidayətin qələbəsi ona da əlavə güc verəcək. İdmançılarımızın hamısına uğurlar diləyirəm”.

(redaktor.az)