Cavad Zərif təyinatından 10 gün sonra istefa verdi 

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.

 

Viral.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.

Son Yazılar:

 

İran Prezidenti Məsud Pezeşkian avqustun 1-də sabiq xarici işlər nazirini strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.

 

Zərif Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.

 

O, paylaşımında İran xalqından üzr istəyib və bildirib ki, Pezeşkianın qərarı onu universitetdəki müəllimlik işinə qayıtmalı olduğuna inandırıb.