Dələduzluqda şübhəli bilinən sayt rəhbəri tutuldu

Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Viral.aza verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Son Yazılar:

 

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.