Yeni səfir COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri ilə görüşdü

Pakistanın Azərbaycandakı yeni səfiri Qasım Mohiuddin COP29-un COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova görüşüb.

 

Viral.az xəbər verir ki, bu barədə Pakistanın Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

Son Yazılar:

 

“Səfir Qasım Mohiuddin COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri xanım Nərmin Carçalova ilə görüşüb. [Görüşdə] qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfir COP29-un uğurlu təşkili üçün ən xoş diləklərini çatdırıb”, – səfirliyin sosial şəbəkədəki paylaşımında qeyd olunub.

 

Xatırladaq ki, avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni təyin olunmuş səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul etmişdi.