Dünya Gənclər İnkişaf Forumunun açılış mərasimi baş tutub

Çinin paytaxtı Pekin şəhərində “Daha yaxşı gələcək üçün birlik” şüarı ilə Dünya Gənclər İnkişaf Forumunun 12 avqust 2024-cü il tarixində Beynəlxalq Gənclər günündə açılış mərasimi həyata keçirilib.

 

Viral.az xəbər verir ki, açılış mərasimdən 130 ölkə, 20 beynəlxalq təşkilat olmaqla 2000-dən çox iştirakçı qatılıb. BMT-nin müxtəlif institutları tərəfindən dəstəklənən forum BMT-nin 2030 Davamlı İnkişaf Məqsədləri və Qlobal İnkişaf Təşəbbüsü Gündəliklərinin həyata keçirilməsinin gənclər tərəfindən təşviqinə xidmət edir. Açılış mərasimində A Dong – Orta və Uzunmüddətli Gənclərin İnkişaf Planın rəhbəri, Çinin Mərkəzi Komitənin Kommunist Gənclər Liqasının birinci katibi, Amina Mohammmed – BMT-nin baş katibinin müavini, Zhao Fengtao – Çinin Beynəlxalq İnkişaf təşkilatının sədr müavini, Felipe Paullier – BMT baş katibinin gənclərlə iş üzrə köməkçisi açılış nitqi ilə çıxış ediblər.

Son Yazılar:

 

Bununla yanaşı, Xu Xiao- Ümumçin Gənclər Federasiyasının prezidenti, Siddharth Chatterjee – BMT-nin Çindəki resident kordinotoru, Kevin Frey – UNICEF-in “Generation Unlimited”un icraçı direktoru, Fatou Sow Sarr – ECOWAS-ın İnsan İnkişafı və Sovial məsələlər üzrə kommisarı, İndoneziya, İran, Peru, Rusiya və Brazilyanın gənclər məsələləri üzrə nazirlər müavinləri plenar müzakiələrdə iştirak edib və iştirakçıların suallarını cavablandırıblar. 

Azərbaycanı forumda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, Dünya Gənclər İnkişaf Forumu İdarə heyəti üzvü Aytən Əliyeva təmsil edir. Qlobal platformanın idarə heyətində Azarbaycanın  da tamsil olunması həm gənclərlə iş sahəsində iki ölkə arasında, İpək Yolu üzərində yerləşən gənclər va gənclər təşkilatları arasında gələcək əməkdaşlıq, həm də Azərbaycanın Çin va region ölkələri üçün önəmli rolu xarici siyasət və gələcək imkanlar baxımında əhəmiyyətə malikdir.

Forumun növbəti günündə Çinin Renmin Universitetində “Qlobal İdarəçilikdə dəyişikliklər: Sülh və Təhlükəsizlik”, “ Davamlı İnkişaf və Gənclər nəsillərə sərmayə”, Elm, İnnovasiya, Texnologiya və Rəqəmsal Əməkdaşlıq” kimi mövzular üzrə müzakirələr həyata keçirilib. Elm, İnnovasiya, Texnologiya və Rəqəmsal Əməkdaşlıq” mözvuda keçirilən müzakirələrdə Aytən Əliyeva natiq olaraq çıxış edib, müasir texnologiyaların gənclərin həyatında önəmli rolu, onların əlçatanlığı üzrə əməkdaşlığın əhəmiyyəti, gənclərin elm və araşdırmalara cəlb olması və qadınların rolunun akademik arenada artılması haqqında vurğulayıb. 

Forum öz işini Çinin müxtəlif şəhərlərində olmaqla “Yaşıl İnkişaf”, “Rəqəmsal İnkişaf”, “Mədəniyyət Varisliyi və İnnovasiya” və “Gənclərin İnkişafyönümlü şəhərlər” tematik sessiyalarda davam etdirəcək. Aytən Əliyeva  “Yaşıl İnkişaf” sessiyasında COP29-la bağlı Azərbaycanın həyata keçirdiyi fəaliyyət haqqında məlumat verəcək və yaşıl inkişafla bağlı gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr qatılacaq. 

 

Xinhua xəbər agentliyi, CGNT televiziyasının Azərbaycanda gənclər siyasəti, Çin və Azərbaycan gəncləri arasında əməkdaşlıq, gənclərlə iş sahəsində problemlər və həlli yolları, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsindən gənclərin yolu, Çinin “Kəmər və Yolu” təşəbbüsü üzrə gənclərin əməkdaşlığı və layihənin gənclərin həyatına təsiri, “Avropa İttifaqı Çin Nəqliyyat Əlaqələndirmə (Connectivity): Cənubi Qafqaz regionun rolu” mövzusundakı doktorluq araşdırma layihəsi haqqında sualları cavablandırıb və bu çərçivədə Orta dəhlizin gələcək inkişafı və genişləndirilməsi üçün “Zəngəzur Koridor” təşəbbüsünün əhəmiyyətini və cari ilin iyul ayında Azərbaycan və Çin arasında imzalanan strateji tərəfdaşlığa dair ikitərəfli razılaşmanım gələcək əməkdaşlıq üçün töfhəsini vurğulayıb

Forum 17 avqust 2024-cü il tarixində fəaliyyətini yekunlaşdıracaq.