Goranboy sakini Rusiyada öldü

Goranboyun 31 yaşlı sakini Rusiyada ağır yol qəzasında ölüb.

 

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Moskva-Samara magistral yolunda qeydə alınıb.

Son Yazılar:

 

Ətraflı

Goranboy rayonunun Todan kənd sakini 1993-cü il təvəllüdlü Səhman Əmrahovun idarəetdiyi “Qazel” markalı yük maşını magistralda xarab olub.

 

Məlumata görə, sürücü dostunu köməyə çağırıb. Dost gələndən sonra Səhman Əmrahov özünə məxsus yük maşınını tanışının maşının qoşqu yerinə bağlayan zaman sürətlə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobus xarab olan “Qazel”ə arxadan çırpılıb.

 

Nəticədə 31 yaşlı Səhman Əmrahov iki avtomobilin arasında qalıb. O ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, faciəvi şəkildə ölən Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib.

 

Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.