“Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik”.
Viral.az xəbər verir ki, bunu avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Son Yazılar:
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
- Onlar mənim üçün general sayılmırlar
Dövlətimizin başçısı qeyd edib ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb:
“Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.