Putin Kadırovu özünün dostu adlandırdı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının birinci prezidenti Axmat Kadırovun məzarı önündə baş əyərək onu dostu adlandırıb.

Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“O, mənim dostumdur… O, çeçen xalqı üçün çox şey etdi – məncə, o, çeçen xalqını böyük ölçüdə xilas etdi. O cümlədən

özünü qurban verdi”, – Putin deyib.

Son Yazılar:

Dövlət başçısı Axmat Kadırovu əsl döyüşçü, layiqli və sadiq insan adlandırıb.

Qeyd edək ki, avqustun 20-də Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun müşayiəti ilə Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinə gedib. Rusiya lideri “xüsusi hərbi əməliyyat zonası”na göndərilməzdən əvvəl könüllülərin necə məşq etdiklərini görmək niyyətindədir. Təlim zamanı döyüşçülər odlu silahdan atəş, taktiki təbabət, döyüş meydanında hərəkət etmək və güclü nöqtəyə hücum etmək üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

(redaktor.az)