“Almaniya xarici işlər naziri Annalena Berbok İranın yeni təyin olunmuş xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Yaxın Şərqdə gərginliyin təcili olaraq qarşısı alınmalı olduğunu vurğulayıb. İranda həbsdə olan almanlar haqqında da danışılıb”.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X-də dərc olunan bəyanatında deyilir.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
Son Yazılar:
- Qəzzada ölənlərin sayı 44 mini ÖTDÜ
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
(redaktor.az)