Ermənistanın paytaxtı İrəvanın bəzi rayonlarında bir neçə gün ərzində havanın çirklənməsinin səviyyəsi yol verilən normanı keçib.
Viral.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb.
“Mərkəz avqustun 15-dən avqustun 21-dək havanın keyfiyyətinin monitorinqini həyata keçirib. Avqustun 15-də Kentron və Şenqavit inzibati rayonlarında, avqustun 21-də isə Ərəbkirdə havadakı tozun konsentrasiyası icazə verilən normanı keçib”, – məlumatda deyilir.
Son Yazılar:
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
O da qeyd olunur ki, avqustun 15, 17 və 20-də Nor-Nork rayonunda havada kükürd qazının konsentrasiyası da normadan artıq olub.