COP29-la bağlı bu avtomobillərin hərəkətinə məhdudiyyət QOYULACAQ

“COP29 tədbiri ilə bağlı ölkəmizdə çox işlər görülür.  Lakin, bir problem qalır. Bu da nəqliyyat məsələsidir. Bu gün Bakıda hər yerdə tıxaclar yaranır. Tıxaclar da birbaşa ekologiyanı, atmosfer havasını zəhərləyir, çirkləndirir. İnsanların tənəffüs sisteminə həddindən artıq ziyan vurur. Düşünürəm ki, COP29  tədbiri keçiriləndə ümumiyyətlə, avtomobillərin şəhərdə hərəkəti məhdudlaşdırılsa, yaxşı olar”.

Viral.az xəbər verir ki,bunu referans.az-a açıqlamasında bunu ekoloq Fikrət Cəfərov deyib.

 Ekspert deyib ki, ola bilər ki, COP29 tədbiri keçirlən zamanı nəqliyyat vasitələri yollara buraxılmasın.

Son Yazılar:

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev saytımıza verdiyi açıqlamada belə ehtimalın olduğunu təsdiqləyib:

“Beynəlxalq tədbirlərlə bağlı dünyanın hər yerində məhdudiyyətlər tətbiq olunur. Ona görə avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyulması istisna deyil. Azərbaycan nəqliyyat planını bu cürə həyata keçirən ölkələrdəndir. Sözügedən tədbirlə bağlı artıq universitetlərin, məktəblərin, iş yerlərinin necə qaydada fəaliyyət göstərəcəklərini qərarlarla gördük. Dövlət müəssisələrində 70 faiz insanın evdən məsafəli işləməsi nəqliyyatın yükünə təsir edən amillərdəndir”.

Ekspert bildirib ki, COP29- la bağlı qonaqların oteldən, hava limanından daşınması üçün marşurutlar müəyyən olunacaq. Fərdi nəqliyyat vasitələrinə daha çox məhdudiyyət qoyulacaq.