Yaponiyanın əsas qida məhsullarından biri olan düyü ehtiyatları 1999-cu ildən bəri ən aşağı səviyyəyə enib.
Viral.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Ehtiyatın azalmasına səbəb ötən il ölkədə məhsul yığımının zəif olması ilə əlaqədardır.
Son Yazılar:
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
- Valideynlərin nəzərinə: Noyabrın 25-dən BAŞLAYIR
İyulun əvvəlinə olan məlumata görə, özəl sektorda ehtiyatların səviyyəsi 1,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 410 min ton və ya 20% azdır. Bu, son 25 ilin minimum səviyyəsidir.
Bununla yanaşı, cari ilin birinci yarısında düyüyə tələbat 7,02 milyon tona yüksəlib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 110 min ton çoxdur.