Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Viral.az-ın məlumatına görə, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.
Doğma meydanda “Səbail”i qəbul edən “Turan Tovuz” qələbə qazanıb – 1:0.
Son Yazılar:
- Rusiya ABŞ-a yeni səfir göndərəcəkmi?
- Bu ərazilərdə qaz OLMAYACAQ
- Zakir Həsənov özbək generalla görüşdü
Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.
Bu qalibiyyət sayəsində qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.
Günün növbəti matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. “Gənclik şəhəri” təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir