Cəlilabadda yol qəzasında iki nəfər xəsarət ALDI

Cəlilabadda baş verən yol qəzasında xəsarət alanlar var.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonun mərkəzindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Son Yazılar:

Hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar rayon mərkəzi xəstəxanasına aparılıblar. Qəzalı avtomobillər, yolun açılması üçün təcili olaraq hadisə yerindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.