“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında qələbə QAZANDI

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Viral.az-ın məlumatına görə, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç “gənclik şəhəri” təmsilçisinin qapısına vurub. Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin rəhbərlik etdiyi klub xallarının sayını 7-yə çatıdırb.

Son Yazılar:

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” evdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.