Hindistanda avtobus yük avtomobili ilə toqquşdu

Hindistanın mərkəzi Uttar-Pradeş ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər ölüb, 16 nəfər yaralanıb.

Viral.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ştat polisindən məlumat verilib.

Qeyd olunub ki, hadisə avtobus Hatrasdan Aqraya gedən zaman baş verib.

Son Yazılar:

Belə ki, sərnişin avtobusunun sürücüsü ötmə əməliyyatı edən zaman digər nəqliyyat vasitəsi ilə toqquşub.

Vurğulanıb ki, yaralı olan dörd sərnişinin vəziyyəti ağırdır.

Hindistanın baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə pul təzminat ödəyəcəyini açıqlayıb.