Elçin Hüseynli etimadnaməsini Maldiv adaları prezidentinə təqdim ETDİ

Maldiv adalarının Prezidenti Mohamed Muizzu Azərbaycan səfiri Elçin Hüseynlinin etimadnaməsin qəbul edib.

Viral.az xəbər verir ki, bu barədə Maldiv adaları prezidentinin aparatı məlumat yayıb.

Səfir orkestrinin müşayiəti ilə Respublika Meydanından Prezident Aparatına aparılıb.

Son Yazılar:

Təqdimatdan sonra prezident və səfir ikitərəfli əməkdaşlığı gücləndirilməsi məsələsinə toxunublar. Prezident həmçinin Azərbaycanın mədəni irsinə heyran olduğunu bildirib.

Qeyd edək ki, Maldiv adaları ilə Azərbaycan arasında diplomatik əlaqələr 2006-cı il iyunun 15-də qurulub.