“Bütün dünya ümumi amalımız olan Krım uğrunda mübarizədə Ukraynanın yanındadır”.
Viral.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatarlarının üzləşdiyi faciənin xatirəsinə həsr olunan kompleksin açılışında deyib.
O bildirib ki, Krımın yenidən Ukraynanın tərkibinə qaytarılması ilə ədalət bərpa olunacaq.
Son Yazılar:
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
“Krım təkcə ərazi yox, həm də bizim qəlbimizin bir parçası, eləcə də eyni dil, mədəniyyət və ənənələrə malik insanların sülh, o cümlədən harmoniya içərisində yaşadığı torpaqdır. Biz təkcə Krımın geri qaytarılması deyil, ədalətin bərpası və bu bölgənin sakinlərinin öz evlərinə qayıtmaq hüququ uğrunda mübarizə aparırıq”, – Zelenski qeyd edib.