Bütün biletlər satıldı

Sentyabrın 13-15-i keçiriləcək Formula 1 yarışlarının bütün tribuna biletləri satılıb.

Viral.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. 

Bildirilib ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına 2 yeni tribuna əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Son Yazılar:

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı, Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarını da izləyəcəklər.