Cəbrayılda birmərtəbəli evlərin birinin tikintisi 156 min manata başa gələcək

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Viral.az xəbər verir ki, tenderin qalibi “Tunel-Metro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tender Cəbrayıl rayonu 1 042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi ilə bağlıdır.

Son Yazılar:

Fond ilə şirkət arasında 14 milyon 562 min 668 manatlıq müqavilə bağlanıb. Tikiləcək birmərtəbəli fərdi yaşayış evlərininin birinin tikintisi 156 min 587 manata başa gələcək (valyuta.az).