İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının yüksək rütbəli komandiri İmad Jaronu zərərsizləşdirib.
Viral.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o həm də Qəzzanın Deyr əl-Bələh şəhərinin meri vəzifəsini daşıyırdı.
Son Yazılar:
- “Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ÖLDÜ
- Prezidentliyə namizəd olmağa hazıram – Suriyada yeni hakimiyyətin lideri
- ABŞ Cənubi Koreyanın müvəqqəti rəhbərliyi ilə əməkdaşlığa hazırdır
İmad Jaronun Deyr əl-Bələhdəki humanitar zonada İsrailə qarşı hücumlar planlaşdırdığı bildirilir.
Ordu bəyan edib ki, zərərsizləşdirilən hərəkat rəsmisi HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb və ona döyüş dəstəyi verib.
“HƏMAS beynəlxalq hüququ pozaraq, mülki və humanitar infrastrukturdan terror məqsədləri üçün istifadə etməkdə davam edir”, – Ordunun məlumatında deyilir.