Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.
Viral.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“İlkin məlumata görə, bu gün Murmansk – Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub”, – məlumatda qeyd olunub.
Son Yazılar:
- İsrail Livanda vurduğu ziyana görə təzminat ödəməlidir
- Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqladı
- Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur
Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.
Bildirilib ki, bütün halların araşdırılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üçün Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova hadisə yerinə gedib.
RJD şirkətindən bildirilib ki, ilkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. Həmin ərazidə hərəkət dayandırılıb.