Əsəd rejiminin işgəncə mərkəzi olan Sednaya həbsxanasında yaşanan hadisələr qan dondurmaqda davam edir.
Viral.az xəbər verir ki, məhbuslardan biri olan Amar Musa adlı şəxs həbsxanada gördüyü işgəncələr barədə danışıb.
Sednayada qaldığı kamerada yaşadıqlarını izah edən Musa mühafizəçilərin onları kəndirlə bağladığını bildirib: “Bizi belimizdən kəndirlə bağlayırdılar. Mühafizəçilər deyirdilər ki, bu kəndirləri açsanız, öləcəksiniz”.
Son Yazılar:
- Türkiyədə küçədən kişi cəsədi TAPILDI
- İsrail Livanda vurduğu ziyana görə təzminat ödəməlidir
- Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqladı
O, Sednayada məhbusların ayaq üstə gəzməsinin qadağan edildiyini bildirib: “Biz sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi”.
Həbsxanada çox adamın qaldığını bildirən Musa kameralarda insanların üst-üstə yatmalı olduqlarını qeyd edib.
Qaldığı kameranın qapısında qələbə işarəsi qoyan Musa devrilmiş lider Əsədə səslənərək “Əsəd, ölməmişəm və buradayam” deyib.