Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır.
Viral.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
Son Yazılar:
- Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı
- Polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu İFŞA ETDİ
- Türkiyəli yazıçı Selim İleri vəfat ETDİ
Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayır, yanvarın 28-i saat 08:00-da başa çatır.