İştirak etməyəcəyik, amma mane olmayacağıq

Macarıstanın baş naziri Viktor Orban NATO-nun Ukrayna ilə bağlı qərarlarında iştirak etməkdən imtina edib, lakin onlara mane olmayacağına söz verib.

 

Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə o, Budapeştdə Alyansın baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Son Yazılar:

 

“Macarıstan açıq şəkildə bildirdi ki, NATO daxilində vəziyyətlə bağlı təhlilimizdən fərqli ola biləcək hər hansı qərara mane olmaq niyyətində deyil”, – o qeyd edib.

 

Bununla yanaşı, Stoltenberq bildirib ki, macar şəxsi heyəti Ukrayna məsələsində NATO-ya dəstək verməkdə iştirak etməyəcək.

 

“Heç bir macar bu fəaliyyətə cəlb edilməyəcək və heç bir Macarıstan maliyyəsi onu dəstəkləmək üçün istifadə edilməyəcək. Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səylərə qarşı çıxmayacaq və digər müttəfiqlərin irəliləməsinə imkan verəcək”, – NATO-nun baş katibi deyib.