Gec yatmaq vərdişi psixi sağlamlığa təsir edir

“Müntəzəm olaraq gecə yarısından sonra yatağa gedən insanlarda psixi pozğunluqların olma ehtimalı daha yüksəkdir”.

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə psixiatr Metyu Lehrer xəbərdarlıq edib.

Lehrer hesab edir ki, bu zaman insanlar həm fiziki, həm də ruhi sağlamlıq üçün müxtəlif nəticələrlə üzləşə bilər. Bu, bədənin gecə və gündüzün başlaması ilə bağlı düzgün siqnalları almaması səbəbindən baş verir.

Son Yazılar:

“Gecələr artan aktivlik daha impulsiv və uyğun olmayan davranışlarla əlaqələndirilir. Uzun müddət yuxusuzluq vərdişə çevrilir, bu proseslər daha az idarə olunmağa başlayır ki, bu da potensial olaraq psixi sağlamlıq problemlərinə səbəb ola bilər”, – həkim qeyd edib.

Bu zaman psixiatr, işə görə gecələr yata bilməyən insanlar üçün iş yerlərini parlaq işıqlı lampa ilə təchiz etməyi məsləhət görüb.

(redaktor.az)