Banqkok Kazanda keçiriləcək ittifaq sammitində BRİKS-ə qoşulmağa ümid edir.
Viral.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalangkun bildirib.
O bildirib ki, Tailand artıq Rusiyaya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq üçün rəsmi niyyət məktubu təqdim edib.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
“İndi BRICS bu məsələni artan qaydada müxtəlif səviyyələrdə müzakirə edəcək: yüksək vəzifəli məmurlar səviyyəsindən tutmuş ölkə liderləri səviyyəsinə qədər. Ümid edirik ki, nəticə müsbət olacaq və bu ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində Tayland ittifaqa qoşulacaq”, – XİN sözçüsü deyib.
Onun sözlərinə görə, ölkə BRİKS-ə qoşulmaqla beynəlxalq rolunu artırmaq və beynəlxalq gündəmin formalaşmasında və bəşəriyyətin gələcək inkişafında mühüm rol oynayan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin assosiasiyasının bir hissəsi olmaq niyyətindədir.
(redaktor.az)