Tacikistan Prezidenti Emoməli Rəhmon hicab taxmağı qadağan edən qanunu imzalayıb.
Viral.az xəbər verir ki, bu barədə “Asia-Plus” yazır.
Qeyd olunur ki, qanunun məqsədi Tacikistan cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır. Hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutulub.
Son Yazılar:
- İranın xarici işlər naziri Moskvada səfərdədir
- “Yuventus” Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi
- Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu
Qeyd edək ki, iyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası “Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna düzəlişlər qəbul edib. İndi ölkədə “milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır. Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.