-->
photo 264888

Təyyarədə 37 Azərbaycan vətəndaşı olub – SİYAHI

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub. Viral.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib. Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza…

Ətraflı

İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı AÇIQLANDI

Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib. Viral.az xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib. Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib. Qurumdan bəyan edilib ki, bu reys ilk deyil….

Ətraflı
photo 264872

Magistratura üçün sınaq imtahanının vaxtı AÇIQLANDI

“Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək”. Bu barədə Viral.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq….

Ətraflı
photo 264867

Bəzi ərazilərdə görünüş məhdudlaşıb – FAKTİKİ HAVA

Azərbaycanda dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən hava şəraiti sabit, əsasən yağmursuz keçib. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Tərtər, Sumqayıt, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və…

Ətraflı
photo 264844

Brüsseldə təxminən 10 min evsiz küçələrdə yaşayır

Belçikanın paytaxtı Brüsseldə evsiz insanların sayısının 10 minə çatdığı, lakin mövcud sığınacaqların kifayət etmədiyi və sərt qış şəraitində əlavə tədbirlərin görülməsinin vacib olduğu bildirilib. Viral.az xəbər verir ki, evsizlər mövzusunda fəaliyyət göstərən “Bruss’help” adlı şəbəkə təşkilatının açıqlamasına görə, Brüsseldə küçələrdə yaşayan evsizlərin sayı təxminən 10 mindir. Bununla yanaşı, şəhərdə cəmi 3 min 250 nəfərlik təcili…

Ətraflı
photo 264816

Prezident ona mənzil BAĞIŞLADI

Prezident İlham Əliyev Azərbaycan Kunq-fu Federasiyasının baş məşqçisi, idman eksperti Anar Süleymanova mənzil verib. Viral.az xəbər verir ki, bu barədə məşqçinin özü bildirib. “İdman sahəsində göstərdiyim xidmətlərə görə, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mənzillə təltif olundum. Bu böyük uğura çatmağımda əvəzsiz dəstək göstərən və təşəbbüskar olan gənclər və idman naziri Fərid Qayıbova, nazir müavini…

Ətraflı

Azərbaycanda kütləvi zəhərlənmə: 8 tələbə xəstəxanaya YERLƏŞDİRİLDİ

Tovuzda zəhərlənmə hadisəsi baş verib. Viral.az bu barədə APA-ya istinadən xəbər verir. Rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib. Qeyd edək ki, oktyabr ayında da Tovuzun Qovlar şəhərində yaşayan 18 nəfər dönərdən zəhərlənib. 

Ətraflı
photo 264802

Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadığov təqaüdə göndərilib. Viral.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu münasibətlə keçirilən tədbirdə Etibar Sadığovu peşə təhsili sahəsində uzun illər ərzində göstərdiyi xidmət və gənclərin inkişafına verdiyi misilsiz töhfələrə görə təşəkkürnamə ilə təltif edib.  E.Sadığov yetişdirilməsində xüsusi əməyi olan hər bir gəncin uğuruna…

Ətraflı
photo 264784

Ersin Tatar Azərbaycan Prezidentini təbrik etdi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, Ersin Tatar dövlət başçısını ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib. Telefon söhbəti zamanı dövlət başçısının Ersin Tatarla…

Ətraflı
photo 264759

Gəncədə evdə yanğın – Ölən VAR

Gəncə şəhərində fərdi evlərdən birində yanğın başlayıb. Viral.az xəbər verir ki, hadisə şəhərin “Natavan 2” qəsəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in iki yanğınsöndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub. İlkin məlumata görə, hadisə zamanı bir nəfər həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
photo 264726

Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək

Sabah Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Viral.az xəbər verir ki, yarışda paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 2011-2013-cü il təvəllüdlü yeniyetmə, 2008-2010-cu il təvəllüdlü gənc, eləcə də 2007-ci il və ondan yuxarı…

Ətraflı
photo 264720

İsrailli girovların qaytarılması üçün müəyyən irəliləyiş əldə olunub

Yəhya Sinvarın artıq həyatda olmaması və HAMAS-a qarşı hücumları səbəbindən atəşkəs razılaşmasında irəliləyiş var. Viral.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışında deyib. Baş nazir qeyd edib ki, Qəzzada saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub: “Biz bütün səviyyələrdə israilli girovların qaytarılması üçün mühüm addımlar atırıq”. Netanyahu…

Ətraflı
photo 264704

Əsədin müşaviri beynəlxalq axtarışa VERİLDİ

ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib. Viral.az xəbər verir ki, bu barədə “İnterpol”un saytında məlumat yerləşdirilib. Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub. ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı…

Ətraflı
photo 264689

Kobaxidze İlham Əliyevi təbrik ETDİ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Viral.az-ın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq…

Ətraflı
photo 264681

Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə!

1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək. Viral.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat verib. Belə ki, bu tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. “Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində…

Ətraflı
photo 264673

17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum

“Hamı bilir ki, narkotikdən istifadə etmişəm. Bu mövzunun açılmağını istəmirdim”. Viral.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu “Günü bu gün” verilişində deyib. Sənətçi 17 yaşında narkotik aludəçisi olduğunu bildirib:  “Buna baxan adam deyə bilər ki, tərgitmək olar. Amma o demək deyil ki, istifadə edim, sonra tərgidərəm. İnsanlar arxada nələr çəkdiyini, nə qurbanlar verdiyini…

Ətraflı
photo 264665

“Qarabağ”ın qış hazırlıq planı AÇIQLANDI

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək. Azərbaycan Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Ağdam təmsilçisinin hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında…

Ətraflı
photo 264648

“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs TUTULDU

Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub. Viral.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər – 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb. Müəyyən…

Ətraflı
photo 264643

“Dedilər vergini niyə ödəmirsiniz?” – Qohumu Xoşqədəmin adından obyekt AÇDI

Xoşqədəm Hidayətqızının adında dələduzluq olunub. Viral.az olay-a istinadla xəbər verir ki, bu barədə Əməkdar jurnalist “Günaydın, Azərbaycan!” verilişində danışıb. O bildirib ki, onunla şəkil çəkdirən bir şəxs qurduğu biznes üçün aparıcının adından istifadə edib: “2012-2013-cü il idi. Moskvadan Bakıda gəlirdim. Hava limanında təyyarəyə minərkən vergilərdən mənə zəng gəldi. Sual verildi ki, siz niyə filan obyektin…

Ətraflı
photo 264631

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib. Viral.az xəbər verir ki, bununla bağlı AMB məlumat yayıb. Bildirilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə…

Ətraflı