-->
photo 264375

Ərdoğanın Suriyaya gedəcəyi vaxt AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın 15 gün ərzində Suriyaya səfər edəcəyi gözlənilir. Viral.az xəbər verir ki, “Türkiye gazetesi”nin müxbiri Yılmaz Bilgenin xəbərinə görə, Dəməşq mənbələri Ərdoğanın bu səfərə hazırlaşdığını bildirib. Bu səfərin Türkiyənin Suriya siyasəti və regional əməkdaşlıq baxımından yeni dövrün başlanğıcı ola biləcəyi şərh edilir. Son zamanlar Türkiyə-Suriya münasibətlərində mühüm addımlar atılıb. Milli Kəşfiyyat…

Ətraflı
photo 264341

Milli Məclisin növbəti plenar iclası BAŞLADI

Milli Məclisin növbəti plenar iclası başlayıb. Viral.az xəbər verir ki, iclasa parlamentin sədri Sahibə Qafarova rəhbərlik edir. İclasın gündəliyinə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, Vergi Məcəlləsində və “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişikliklər daxil olmaqla, ümumilikdə 11 məsələ daxil edilib.

Ətraflı
photo 264339

NATO Rusiya ilə müharibəyə hazırlaşır

“NATO Rusiya ilə müharibəyə hazırlaşır, biz isə hərbi planlaşdırma prosesində bu riskləri nəzərə alırıq. Eyni zamanda Qərbə bu cür təcrübəni sınaqdan keçirməməyi tövsiyə edirik”. Viral.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. O əlavə edib ki, vəziyyyəti bu dərəcədə gərginləşdirməmək bütün tərəflərin maraqlarına cavab verə bilər:…

Ətraflı
photo 264327

Fatih Altaylı haqda həbs qərarı VERİLDİ

Türkiyəli tanınmış jurnalist Fatih Altaylı barəsində həbs qərarı çıxarılıb. Viral.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” yayıb. Altaylı “xalqı düşmənçiliyə təhrik etmək və onu alçaltmaq” maddəsi üzrə təqsirli bilinib və ona 2 il 3 ay azadlıqdan məhrum edilmə cəzası təyin olunub. Həmçinin onun yenidən xaricə çıxışına qadağa qoyulub. Xatırladaq ki,  jurnalist barəsində yanvar ayında sosial…

Ətraflı
photo 264319

Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir

Suriya dünyanın ən böyük humanitar böhran regionlarından biri olaraq qalır. Suriya xalqını və İdlibdəki müqaviməti dəstəkləyən Türkiyə, ölkədəki tərəfləri əhatəli dialoqa razı salmaqda mühüm rol oynaya bilər. Viral.az “Report”a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Nyu-Yorkda təşkilatın qərargah binasında jurnalistlərin Suriyadakı proseslərlə bağlı suallarını cavablandırarkən deyib. Suriyanın şimal-şərqində davamlı atəşkəs üçün…

Ətraflı
photo 264317

Türkiyə və Misir qarşılıqlı ticarət həcminin artırılmasını razılaşdırıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, liderlər D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər. Türkyə lideri deyib ki, ölkəsi Misirlə müdafiə sənayesi, enerji, infrastuktur kimi bir çox sahədə əməkdaşlığı davam…

Ətraflı
photo 264273

Sürücülər üçün növbəti imtahanın vaxtı AÇIQLANDI

2025-ci il yanvarın 24-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahan təşkil olunacaq. Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq…

Ətraflı
photo 264229

Bloger bədənşəkilləndirmə əməliyyatından sonra ÖLDÜ

Bloger Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib. Viral.az xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb. Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.

Ətraflı
1734589293 photo 264220

“Neolit”də yanğın söndürüldü – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Viral.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.  Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək….

Ətraflı
photo 264223

Ukraynada azərbaycanlı zabit həlak oldu

Ukrayna-Rusiya müharibəsi zonasında daha bir azərbaycanlı həlak olub. Viral.az xəbər verir ki, Ukrayna ordusu sıralarında döyüşlərdə iştirak edən azərbaycanlı zabit Anar Talıbov Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. A.Talıbov əslən Ağdam rayonundan olub və Ukrayna vətəndaşı imiş. Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsində hər iki tərəfdən döyüşən onlarla azərbaycanlı həlak olub.  

Ətraflı
photo 264203

Dəməşqdə dərman anbarında çoxlu cəsəd TAPILDI

Suriyanın paytaxtı Dəməşqin Seyyid Zeynəb bölgəsində bir dərman anbarında çoxlu cəsəd aşkar edilib. Viral.az xəbər verir verir ki, Baas rejiminin devrilməsindən sonra Suriyada kütləvi məzarlıqlar və meyitlər tapılmaqda davam edir. Aralarında uşaqların da olduğu 20-dən çox adama aid olduğu düşünülən cəsədlərin qalıqları Dəməşqin Seyyid Zeynəb bölgəsindəki bir anbarda aşkarlanıb. Hadisə yerinə gələn Mülki Müdafiə qrupları…

Ətraflı
photo 264201

Türkiyədə küçədən kişi cəsədi TAPILDI

Türkiyənin Kütahya şəhərində küçədən 65 yaşlı Bilal Güneşin ölü cəsədi tapılıb. Viral.az xəbər verir ki, küçədə bir kişinin yerə hərəkətsiz uzandığını görən vətəndaşlar dərhal hadisə barədə müvafiq qurumlara məlumat veriblər. Əraziyə təcili tibbi yardım və polis qrupu göndərilib. Sağlamlıq qrupları, yerə yıxılan Bilal Güneşin həyatını itirdiyini müəyyən ediblər. Eyni məhəllədə yaşadığı bildirilən Güneşin cəsədi, hadisə…

Ətraflı
photo 264195

Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur

ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın NATO-ya dəvət olunma şansı yoxdur; bu məsələyə artıq növbəti Amerika lideri Donald Tramp baxacaq. Viral.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib. “Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci ildə həllinə nail oluna bilinəcək münaqişənin həlli üzrə danışıqları…

Ətraflı
photo 264168

238 nəfər vəkilliyə qəbulla bağlı test imtahanında uğur qazandı

Dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib. Viral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas…

Ətraflı
photo 264150

Özəl bağçalara qeydiyyat yenidən BAŞLADI

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib.  Viral.az xəbər verir ki, qeydiyyat prosesi www.bq.edu.az portalı üzərindən həyata keçirilir. Özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və…

Ətraflı

Bəzi rayonlarda yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Viral.az-a Xidmətdən məlumat verilib. Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur. “Azərbaycanın rayonlarında da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin…

Ətraflı
photo 264127

Əksər polyaklar Ukrayna torpaqlarını verməklə sülh razılaşmasını DƏSTƏKLƏYİR

Polşalıların əksəriyyəti ilk dəfə olaraq Ukraynada müharibənin ərazilərdən imtina yolu ilə başa çatmasını dəstəkləyir.  Viral.az xəbər verir ki, bu barədə Polşa radiosu Polşa İctimai Rəy Tədqiqatları Mərkəzinin (CBOS) sorğusuna istinadən məlumat yayıb. Sorğu göstərib ki, respondentlərin 55%-i müharibənin dayandırılması üçün Ukraynanın öz ərazilərindən imtina etməli olduğunu düşünür. 2024-cü ilin sentyabrında bu fikri respondentlərin 39%-i, apreldə isə…

Ətraflı
photo 264097

Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir

Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir. Viral.az xəbər verir ki, bu barədə Xəzər TV-yə AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib. Onun sözlərinə görə, ötən əsrin 70-ci illərinə qədər qış daha sərt keçirdi. Bu isə periodik hadisə hesab olunur. Bu səbəbdən də yenidən kəskin soyuğa və yağıntıya hazır olmaq lazımdır. Yağıntının bol…

Ətraflı
photo 264089

Bu dərmanlar da sığorta hesabına VERİLƏCƏK

Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək “Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək”. Viral.az Xəzər TV-yə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Sədr qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına…

Ətraflı