“Suallar 5-ci sinif səviyyəsində olacaq”
Azərbaycanda taksi sürücülərinin hazırlıq səviyyəsini Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirəcək. Bu barədə Mərkəzin rəhbəri Məleykə Abbaszadə rəsmi mətbuata açıqlamasında bildirib. “Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil…