
Azərbaycanın ehtiyat fondlarından I yarımildə 58 milyon manat ayrılıb
Bu ilin I yarısında Azərbaycanın ehtiyat fondlarından 57,7 milyon manat vəsait ayrılıb. Viral.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, yanvar-iyun aylarında ölkə Prezidentinin ehtiyat fondundan ayrılmış 27,2 milyon manat vəsaitin 25,2 milyon manatını müvafiq qurumlar sifariş sənədləri təqdim edilməklə maliyyələşdirib. Həmin vəsait Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə,…