Ayşenurun nəşi Bakıdan İstanbula GÖNDƏRİLDİ

Sentyabrın 6-da Ayşenur Ezgi Eygin adlı türkiyəli aktivist İordan çayının qərb sahilində Fələstinə dəstək məqsədilə keçirilən aksiyada başından vurularaq ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib. Viral.az “TRT Haber”ə istinadən xəbər verir ki, onun cənazəsi Təl-Əvivdən Bakıya gətirilib. 26 yaşlı Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirlik əməkdaşları…

Ətraflı

Sergey Şoyqu Kim Çen Inla GÖRÜŞDÜ

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib. Viral.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, onlar görüş zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlərin geniş spektrini müzakirə edib.

Ətraflı

Bu tələbələr 200 manat ALACAQ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının mükafatlandırılması ilə bağlı qərar qəbul edib.  Viral.az xəbər verir ki, qərara əsasən, həmin tələbələrin hər birinə 200 manat məbləğində mükafat veriləcək. Qeyd edək ki, bu il…

Ətraflı

Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Sentyabrın 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə növbəti faydalı görüş keçirib. Viral.az xəbər verir ki, görüş zamanı Kollegiya sədri İbrahim Məmmədzadəni salamlayıb, görülən işlərdən danışılıb, layihə qalibinin proqram çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb və idarəçilik səriştəsinin daha…

Ətraflı

“REAL”ın yeni sədri Natiq Cəfərli olacaq?

“Əgər Siyasi Komitə belə bir məsələni gündəmə gətirsə, mümkündür. Mən heç vaxt məsuliyyətdən boyun qaçırmamışam”. Viral.az xəbər verir ki, bunu “REAL” Partiyasının icra katibi Natiq Cəfərli “Bakupost”a müsahibəsində deyib. “Bu günə qədər zatən REAL-ın icra katibi kimi idarəetməndə mühüm rol oynamışam. Amma Siyasi Komitənin 8 nəfər üzvü var. Onların 8-i də sədr olmağa layiq insanlardır”….

Ətraflı

Bakı metrosunun iş rejimi iki saat UZADILACAQ

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək. Bu barədə Viral.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.  Məlumata görə, QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib. Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki…

Ətraflı

Məktəblilərin qəbul etdikləri qidalar zehni və fiziki aktivliyi təmin etməlidir

Məktəblilərin qida qəbulu vərdişlərinin dəyişməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir. Viral.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. O, bildirib ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir: ” Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri…

Ətraflı

Rusiyada Böyük Britaniya səfirliyinin 6 əməkdaşının akkreditasiyası ləğv EDİLDİ

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təqdimatına əsasən, Böyük Britaniya Səfirliyinin casusluq və pozuculuq fəaliyyətində ittiham edilən 6 əməkdaşının akkreditasiyası ləğv olunub. Viral.az xəbərinə görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.  Bildirilib ki, “araşdırmalar zamanı xidmətin əməkdaşları tərəfindən rəsmi Londonun dünyadakı hərbi-siyasi vəziyyəti gərginləşdirdiyi, habelə bu fəaliyyətin koordinasiyası ilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və…

Ətraflı

Yağış yağıb, külək əsib – FAKTİKİ HAVA

Sentyabrın 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Viral.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağın yüksək…

Ətraflı

Qarabağdakı kəndlərdə aqrar şəhərcik SALINACAQ

Azərğaycan işğaldan azad olunan ərazilərin dirçəldilməsi üçün Belarus təcrübəsindən istifadə edəcək. Bu üsullardan biri də azad olunan ərazilərdə Belarusdakı kimi aqrar şəhərciklərin yaradılmasıdır. Viral.az fed.az-a istinadən xəbər verir ki, bu məsələ Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun Bakıya səfəri zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən görüşdə müzakirə edilib. Qeyd edək ki, hazırda Belarus…

Ətraflı

Sülh müqaviləsində neçə maddə var?

Azərbaycan-Ermənistan sülh müqaviləsi layihəsində neçə maddə var: 16, yoxsa 17? Viral.az xəbər verir ki, ziddiyyətli rəqəmlər Ermənistanda siyasi çaxnaşmaya və müzakirələrə səbəb olub. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, layihədə 17 maddə var, 14-ü razılaşdırılıb, 3-ü müzakirə edilib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə sülh mqaviləsi layihəsində 16 maddənin olduğunu deyib. Onun sözlərinə görə,…

Ətraflı

Formula 1 yarışlarında azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı AÇIQLANDI

“Formula 1 – Azərbaycan Qran Prisi 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb. Daxili İşlər Nazirliyindən Viral.az-a verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır. Bildirilib ki, yarış zonasına spirtli içkilərin, heyvanların (Fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti…

Ətraflı

Şəhid mayor Elxan Nəcəfinin ailəsi ziyarət edildi

12 sentyabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər. Viral.az xəbər verir ki, bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağına, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman…

Ətraflı

Xaricdə təhsil almaq istəyən vətəndaşların diqqətinə: diplomunuz tanınmayacaq

Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir. Viral.az-ın məlumatına görə, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının…

Ətraflı

Keçmiş qayınatasını bıçaqlayıb, maşınla üstündən keçdi: Şamaxıdakı qətlin TƏFƏRRÜATI

Şamaxı rayonunda bu gün səhər törədilmiş qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Viral.az rayon prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə məlumat daxil olub. Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında keçmiş qayınatası 1979-cu…

Ətraflı

Ata iki yaşlı oğlunun ölümünə səbəb OLDU

Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Viral.az xəbər verir ki, rayon sakini Elşən Əskərov idarə etdiyi “VAZ” markalı avtomobillə 2 yaşlı oğlu Sənanı vurub. Belə ki, 1992-ci il təvəllüdlü E.Əskərov sürücülük hüququ olmadan idarə etdiyi maşınla yaşadığı evin həyətindən çıxmaq istəyib. Lakin avtomobili arxaya doğru sürərkən övladı maşının altında qalıb. Azyaşlı…

Ətraflı

Qanazlığı olan uşaqlar üçün QİDALAR

Qanazlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir. Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir? Viral.az saglamolun.az-a iatinadla, mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır. A.İsmayılzadə məlumat verir ki, uşaqlarda qan…

Ətraflı