Dünyanın ən yaxşı gənc futbolçuları açıqlandı

Nüfuzlu “FourFourTwo” nəşri dünyanın 21 yaşa qədər ən yaxşı gənc futbolçularının adlarını açıqlayıb. Viral.az xəbər verir ki, 50 oyunçunun yer aldığı siyahıya İspaniya millisinin və “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal başçılıq edir. Türkiyə yığmasının və “Real Madrid”in (İspaniya) 19 yaşlı yarımmüdafiəçisi Arda Gülər ikinci, PSJ klubunun fransalı gənc ulduzu Uorren Zaire-Emeri (18 yaş) isə…

Ətraflı

Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqladı

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Bakı Sığorta” (2.85 indeksi ilə) olub. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin iyul ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında “Xalq Sığorta” 2.84 indeksi ilə növbəti dəfə ikinci,…

Ətraflı

Tehranın İsrailin hərəkətlərinə cavabı ləyaqətli və sərt olacaq

Tehranın İsrail tərəfinin hərəkətlərinə cavabı ləyaqətli və sərt olacaq. Viral.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Qərargahının rəis müavini, briqada generalı Əli Şadmani Ordu-2024 forumu çərçivəsində TASS-a bildirib. “İranın nöqteyi-nəzərindən, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə regionda təhlükəsizlik balansını pozdu. İran kimi güclü ölkənin cavab verməli olub-olmayacağına dünya əksəriyyəti qərar…

Ətraflı

AZAL Naxçıvan sərnişinlərinə müraciət ETDİ

Yay tətilinin tezliklə başa çatması və tədris ilinin başlanması ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artması gözlənilir. Viral.az xəbər verir ki, bu barədə milli aviadaşıyı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. Aviaşirkət bu istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir. Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 20-dən…

Ətraflı

Sabah yağış yağacaq, şimşək çaxacaq

Avqustun 13-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq…

Ətraflı

Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb. Viral.az həmin açıqlamanı təqdim edir. Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq…

Ətraflı

İcbari tibbi sığorta zərfinə daxil edilən onkoloji xəstəliklərlə bağlı müayinələr AÇIQLANDI

İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Viral.az-a verilən məlumata görə, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər….

Ətraflı

Əlimi buna görə cibimə qoymuşdum- Dikeç

2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında rahat atıcılıq üslubu ilə diqqət çəkən və gümüş medal qazanan Türkiyə təmsilçisi Yusif Dikeç dünya trendinə çevrilən hərəkətinin səbəbi ilə bağlı bəzi məqamları açıqlayıb. Viral.az xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb. O bildirib ki, liseydə oxuyarkən güləşi tərk etdikdən sonra hərbi məktəbin poliqonunun yanından keçərkən təsadüfən…

Ətraflı

Yevlaxda ər arvadını bıçaqladı

Yevlaxda bıçaqlanma hadisəsi baş verib. Viral.az xəbər verir ki, hadisə bu gün “qaraçılar məhəlləsi” deyilən ərazidə qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat…

Ətraflı

Ermənistanda GÜCLÜ ZƏLZƏLƏ OLDU

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.Viral.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Yeraltı təkanlar Qeqarkunik vilayətində 5, Kotayk vilayətində…

Ətraflı

"Araz-Naxçıvan 20-yə çatdı

Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 20-ci qələbəsini qazanıb. Viral.az xəbər verir ki, Bu, Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib. Naxçıvan təmsilçisi evdə “Şamaxı”ya qalib gəlib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub. “Araz-Naxçıvan” evdə 15-ci qələbəsini əldə edib. Digər 5 qalibiyyət səfərdə gerçəkləşib. Qeyd edək ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də…

Ətraflı

Əhaliyə XƏBƏRDARLIQ – Dünən axşamdan etibarən…

Avqustun 11-də Yer kürəsində G1 sinifli (zəif) maqnit qasırğası başlayıb. Viral.az xəbər verir ki, bu barədə meteoroloq, Rusiyanın Phobos mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında məlumat verib. Proqnozlara görə, üç gün davam edəcək maqnit qasırğası Bakı vaxtı ilə saat 18:10-da başlayıb.  Leus onu da qeyd edib ki, maqnit qasırğasının nə vaxt zəifləyəcəyini, güclənəcəyini…

Ətraflı

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər SAXLANILDI

Avqustun 10-da və 11-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması…

Ətraflı

Beyləqanda avtoqəza baş verib, ölən var

Beyləqan avtomobillər toqquşub. Viral.az xəbər verir ki, 1991-ci il təvəlllüdlü İmamqulu Kərimovun idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə 1981-ci ildə Qalib Əliyevin idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olan 4 sərnişin ağır xəsarət alıb, sürücülərdən Qalib Əliyev isə ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Ətraflı

Bakının iki rayonunda qaz OLMAYACAQ

Binəqədi rayonunun İbrahim Paşa Dadaşov küçəsində və Cəfər Xəndan küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədi ilə 12.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz”dan Viral.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, Union…

Ətraflı

Qaxda çətənə kolu yetişdirən şəxs SAXLANILDI

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 55 yaşlı İbrahim Nəsibov saxlanılıb. Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs…

Ətraflı

Qarabağ Universitetinin ilk TƏLƏBƏSİ

Qarabağ Universitetinə qəbul olunan ilk tələbə açıqlanıb.   Viral.az xəbər verir ki, bu barədə universitetin sosial media hesablarında paylaşım edilib.   Belə ki, “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülən Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbəsi olacaq.   Qeyd olunub…

Ətraflı

Yasda halva, çay-çörək yedik, gözüm qaralmağa başladı

Gəncədə yas mərasimində baş vermiş zəhərlənmə hadisəsinin bəzi detalları məlum olub.   Viral.az-ın “Baku TV”yə istinadən verdiyi məlumata görə, zərərçəkən Eldəniz Cəfərov bildirib ki, hadisə şəxsi evdə, dostunun atasının yas mərasimində baş verib:   “Orada halva, çay-çörək yedik. Bir saat keçmədi ki, gözüm qaralmağa başladı, ürəyim bulandı. Daha sonra bizi xəstəxanaya gətirdilər”.   Gəncə Şəhər…

Ətraflı

Cavad Zərif təyinatından 10 gün sonra istefa verdi 

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.   Viral.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.   İran Prezidenti Məsud Pezeşkian avqustun 1-də sabiq xarici işlər nazirini strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.   Zərif Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.   O, paylaşımında İran xalqından üzr…

Ətraflı