Qəzada xəsarət alan kişi 4 gün sonra ÖLDÜ

Naxçıvanda avqustun 7-də baş verən avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb. Viral.az “Report”-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Mahmudov Elçin Allahverdi oğlu dünən gecə saatlarında Muxtar Respublika Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, E.Mahmudov baş-beyin əzilməsi, kəllə əsasının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Ətraflı

Şəkidə ağır qəza: İKİ NƏFƏR ÖLDÜ

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb. Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb. Baş verən ağır yol qəzası zamanı iki nəfər hadisə yerində ölüb və xəsarət alan var. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb…

Ətraflı

İran Prezidenti bir sıra nazir vəzifələrinə namizədlər İRƏLİ SÜRDÜ

İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb. Viral.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Pezeşkian İranın neft naziri vəzifəsinə Neft Nazirliyinin keçmiş nazir müavini Möhsün Paknejadın, iqtisadiyyat naziri vəzifəsinə Mərkəzi Bankın keçmiş sədri Abdolnasser…

Ətraflı

İrəvanda ağır yol qəzası olub, xeyli sayda YARALI VAR

Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb. Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” bildirib. “İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. Hadisə “KAMAZ” yük maşını, “MAN” şəhər avtobusu və “Toyota Corolla” markalı minik avtomobilinin…

Ətraflı

“Barselona” müdafiəçisi ilə yollarını AYIRDI

İspaniya “Barselona”sının müdafiəçisi Xulian Arauxo İngiltərə Premyer Liqasının təmsilçisi “Bornmut”a keçib. Viral.az xəbər verir ki, bu barədə nüfuzlu futbol insayderi Fabritsio Romano sosial şəbəkədə bildirib. Romanonun sözlərinə görə, sənədlər artıq möhürlənib. O qeyd edib ki, Kataloniya təmsilçisi bu transferdən 10 milyon avro qazanacaq, lakin İspaniya qrandı onu geri satın almaq hüququna sahib olmayacaq. İnsayderə görə, Arauxo…

Ətraflı

“Əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm”

Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin sosial media hesabından etdiyi paylaşım müzakirələrə səbəb olub. Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Alfonso paylaşımında əcnəbi olsa da, Azərbaycan üçün çox şey etdiyini bildirib: “Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Amma Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin…

Ətraflı

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib.  Viral.az xəbər verir ki, bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Merilin Striklandın rəhbərlik etdiyi nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir. Səfər avqustun 11-dən 15-dək davam edəcək. Nümayəndə heyətini Tayvan administrasiyasının rəhbəri Lai Qingde və onun müavini Xiao Meiqin, həmçinin adanın…

Ətraflı

Atəşə məruz qalan 69 nəfər xəstəxanada müalicə olunur

Ukrayna ordusunun Kursk vilayətini atəşə tutması nəticəsində yaralanan 69 nəfər, o cümlədən 8 uşaq xəstəxanada müalicə alır. Viral.az xəbər verir ki, bu barədə avqustun 11-də Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat yayıb. “Səkkiz uşaq olmaqla 69 nəfər xəstəxnadadır. 17 yaralının vəziyyəti ağırdır. İki uşaq olmaqla 29 zərərçəkənə ambulator yardım göstərilib. Səkkiz nəfər evə buraxılıb”, –…

Ətraflı

Azərbaycanlı qapıçı “Barselona”ya transfer olundu

İspaniya “Barselona”sının B komandası azərbaycanlı qapıçını transfer edib. Viral.az xəbər verir ki, Eldar Tağızadə “Barselona Atletik”in şərəfini qoruyacaq. Belə ki, 21 yaşlı qapıçı azad agent kimi İspaniya klubunda çıxış edəcək. Klubla idmançı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Tağızadənin son klubu iyulun əvvəlində tərk etdiyi “FK Polvorin Luqo” olub. Qeyd edək…

Ətraflı

Belarus ordusu tanklarını Ukrayna ilə sərhədə YIĞIR

“Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları sərhəd qoşunlarının gücləndirilməsi ilə bağlı qərar çərçivəsində Ukrayna ilə sərhədə yeridilir”.  Viral.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırdırlar və hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyirlər və təyin olunmuş ərazilərə doğru hərəkətə başlayırlar”, –…

Ətraflı

20 Yanvar şəhidi Fərizənin doğum günüdür

Bu gün 20 Yanvar şəhidi Fərizə Çoban qızı Allahverdiyevanın doğum günüdür. Viral.az-ın məlumatına görə, o, 1970-ci ilin məhz bu günündə dünyaya göz açıb. Fərizə Allahverdiyev 20 Yanvar hadisələri zamanı vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızdan biri İlham Allahverdiyevin həyat yoldaşı olub. İlhamın şəhid xəbərindən sonra isə Fərizə öz canına qıyaraq dünyadan köçüb. İlham və Fərizə ölkəmizin sevgi…

Ətraflı

Baş verən ağır qəza ilə bağlı FHN məlumat yaydı

Beyləqan rayonunun Birinci Şahsevən kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən  Viral.az-a verilən xəbərə görə, nəticədə ”ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Azərbaycan boksçuları Avropa birinciliyində 9 medal qazandılar

Azərbaycan millisi Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyini 9 medalla başa vurub.  Viral.az xəbər verir ki, boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) yarışda ikinci yeri tutublar. Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran…

Ətraflı

ABŞ Konqresinin nümayəndə heyəti Tayvanda səfərdədir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib. Viral.az xəbər verir ki, bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Merilin Striklandın (Vaşinqton ştatı) başçılıq etdiyi nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir. Buraya Culia Braunli (Kaliforniya), Cill Tokuda (Havay), Jasmin Kroket (Texas) daxildir. Səfər avqustun 11-dən 15-dək davam edəcək. Nümayəndə…

Ətraflı

Bakıda bu ərazilərdə kirayə mənzillər BAHALAŞIB – SƏBƏB/VİDEO

Kirayə mənzil bazarında qıtlıqla yanaşı, bahalaşma da var. Viral.az bildirir ki, hər il olduğu kimi, bu il də yeni tədris ili ərəfəsində kirayə qiymətləri 5-10 % arası artıb. Bununla belə, rieltorlar deyirlər ki, indi Bakının mərkəzində, yəni Səbail və Nəsimidə, həmçinin nisbətən mərkəzdən kənar –Yasamal və Nərimanov rayonlarında kirayə ev tapmaq müşkül məsələdir. Əmlak məsələləri…

Ətraflı

Birinci vitse-prezident Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvilini təbrik edib. Viral.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb: “Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr nailiyyətlər arzulayıram!”.

Ətraflı

Rusiya Kiyevi atəşə TUTDU

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb. Viral.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib. “Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi…

Ətraflı

Rusiyada meşə yanğınları ŞİDDƏTLƏNİR

Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir. Viral.az xəbər verir ki, bu barədə Rusiyanın Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib. Belə ki, Kurumkan, Mui və Şimal-Baykal bölgələrində 12 meşə yanğını baş verib. Qeyd olunub ki, hazırda 196 nəfər yanğının söndürülməsi üçün çalışır. Yakutiyada isə 586 min hektardan çox ərazi yanır. Gün ərzində 1,5…

Ətraflı