Zirə doğma meydanında qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub. Viral.az xəbər verir ki, günün son görüşündə “Zirə” “Səbail”i sınağa çəkib. Zirə İdman Kompleksinin stadionunda oynanılan matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarını 12, 27 və 45-ci dəqiqələrdə David Volkov, 90+4-cü dəqiqədə isə İssa Cibrila vurub. Qonaq komandanın heyətində isə…

Ətraflı

Azərbaycanda 33 yaşlı qadını ilan sancıb ÖLDÜRDÜ

Tovuzda bədbəxt hadisə baş verib. Viral.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində qeydə alınıb. Dağlıq ərazidə moruq yığan qadını ilan sancıb. Qadın xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. İlan sancması zamanı ölən qadının kimliyi də məlum olub. Belə ki, onun rayonun Vahidli kənd sakini 1991-ci il təvəllüdlü Xanım Mehdiyeva olduğu…

Ətraflı

Amerikalı general İsrailə gedir

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla Yaxın Şərqə səfər edib.   Viral.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.   O, səfəri çərçivəsində avqustun 5-də İsrailə gedəcək.   Kurilla İsrailə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ilə görüşəcək.

Ətraflı

Gəlinin baltaladığı qaynana xəstəxanada öldü 

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.   Viral.az “Report”a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.   Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.   Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci…

Ətraflı

“Heç bir dərman xəstəliyimə əlac olmadı” – Hidayətqızı

Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı çətin sağalan xəstəlikdən əziyyət çəkirmiş. Viral.az xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızı müəllifi olduğu “Səni Axtarıram” verilişində məlumat verib. Jurnalist bacılarının fədakarlığı sayəsində sağlamlığına qovuşduğunu bildirib. O, həmin anları belə xatırlayıb: “Mən bir az çox xəstə oldum. Heç bir həkimin yazdığı dərmanlar xəstəliyimə əlac olmadı. Bacılarım (red. Roza və Təranə…

Ətraflı

Naxçıvanın 3 yerində YANĞIN

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Qızılca kəndində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhər Nazim Hikmət və Şəhriyar küçələrində, Babək rayonu Cəhri qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub. Viral.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan şəhər, Babək və Culfa Rayon Dövlət Yanğından Mühafizə…

Ətraflı

Cokoviç Parisdə olimpiya çempionu oldu 

Serbiyalı raketka ustası Novak Cokoviç “Paris-2024” Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.   Viral.az xəbər verir ki, Novak Cokoviç qızıl medalı uğrunda görüşdə ispan Karlos Alkarasla qarşılaşıb. Serbiyalı raketka ustası rəqibini 7-6, 7-6 hesabı ilə məğlub edib.   Serbiya Prezidenti Aleksandar Vuçiç Novak Cokoviçin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.   “Paris Olimpiadasında qızıl medal…

Ətraflı

HƏMAS lideri olmağa iki NAMİZƏD

HƏMAS hərəkatı Tehranda öldürülən İsmayıl Haniyənin yerinə Siyasi Büro rəhbəri vəzifəsinə iki namizədi nəzərdən keçirir.   Viral.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyi mənbələrə istinadən yazıb.   Agentliyin məlumatına görə, HƏMAS Siyasi Bürosunun rəhbəri Xalid Məşəl və ya Xəlil əl-Həydan ola bilər.   Məlumata görə, HƏMAS İsmayıl Haniyənin ölümündən dərhal sonra təcili məsləhətləşmələr…

Ətraflı

Qızlarının ad gününü Çexiyada qeyd etdilər – VİDEO

Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva Avropa tətilinə yollanıb.  Viral.az xəbər verir ki, cütlük qızı Dilavərin ad gününü Çexiyada qeyd edib. Onlar Karlovı Varı şəhərində olublar. Zaur qızı ilə bağlı paylaşımına bu sözləri yazıb: Əziz balam, ilkim, gözümün nuru, nə yaxşı ki, sən dünyaya gəldin, nə yaxşı ki bizim qızımızsan. Sən anadan olanda elə bildim mən…

Ətraflı

4 qol vuruldu, qalib müəyyənləşmədi 

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.   Viral.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.   “Bank Respublika Arena”da reallaşan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.   “Sabah”ın heyətində Namik Ələsgərov ilə Xəyal Əliyev, “Şamaxı”da isə Rüfət Abbasov və Pusi fərqləniblər.   Günün son oyununda “Zirə”…

Ətraflı

Bakıdakı məşhur parkda azyaşlını “tok” vurub öldürdü

Bakıda parkda azyaşlı uşağı elektrik cərəyanı vurub.   Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.   Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.08.2024-cü il tarixində saat 19:00 radələrində Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan 4 yaşlı uşağı (kişi cinsli) elektrik cərəyanının vurması səbəbilə çağırış daxil olub.   Çağırış ünvanına…

Ətraflı

“Paris-2024”: Atıcımız mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.   Viral.az xəbər verir ki, pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında 580 xal toplayan idmançı təsnifat mərhələsində 18-ci yeri tutub və finala vəsiqə qazana bilməyib. Bununla da Olimpiadada çıxışını başa vurub.   R.Lunyov 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.   Qeyd edək ki, hazırda…

Ətraflı

F-16 qırıcıları artıq Ukraynadadır – RƏSMİ

Ukrayna Prezidenti Volodimir Zelenski F-16 qırıcı təyyarələrinin alınması mərasimində iştirak edib.   Viral.az xəbər verir ki, dövlət başçısı tərəfdaş ölkələrin F-16 qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib.   Təyyarənin qəbulu rəmzi 4 avqust – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.   “Bu gün biz bütün səma müdafiəçilərimizə – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin…

Ətraflı

DİN-dən kiberdələduzluqla bağlı əhaliyə XƏBƏRDARLIQ

“Kiber məkanda hər bir təklif şübhəlidir. Bütün müdaxilələr kart sahibinin aldadılması, şirnikləndirilməsi nəticəsində baş verir”. Viral.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. “Əgər kartda 1, 10, 45 yaxud 50000 manat varsa da fərq etməz, kart məlumatları naməlum şəxslərə verilməməlidir. Saxta linklərə daxil olma, saxta satış,…

Ətraflı

Rusiyada meşə YANIR

Rusiyada meşə yanğınları ilə mübarizə davam edir.   Viral.az-ın xəbərinə görə, Buryatiyada yanğın olan 2 yeni meşə sahəsi aşkarlanıb.   Bununla da meşə yanğınlarının qeydə alındığı ocaqların sayı 7-yə çatıb. Buryatiyada meşə yanğınları ümumilikdə 7 689 ha sahəni əhatə edir. Yanğınların söndürülməsinə 160 yanğınsöndürən, 12 xüsusi texniki vasitə cəlb olunub.   Meşə yanğınları ilə bağlı…

Ətraflı

Hakan Fidan Misirə GETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.   Viral.az-ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.   Görüşdə Misir Prezidenti Abdelfattah es-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.  …

Ətraflı

Tehran nüvə silahı əldə edib – İranlı deputat

İran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb.   Viral.az “Khabar-e Online” nəşrinə istinadən xəbər verir ki, siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-nin İraqdakı bazasına hücumu hansı inamla təşkil etdiyinə əsaslanıb.   “Görünür, İran nüvə silahı əldə…

Ətraflı

Almaniyanın ən yaxşı baş məşqçisi və futbolçusu

Almaniyada 2024-cü ilin ən yaxşı futbolçusu və məşqçisi seçilib.   Viral.az xəbər verir ki, Almaniyanın nüfuzlu nəşqrlərindən olan “Kicker”in idman jurnalistləri arasında keçirdiyi sorğuda sabiq futbolçu Toni Kroos ən yaxşı adına layiq görülüb.   İspaniyanın “Real” klubunun 34 yaşlı yarımmüdafiəçisi 285 səs toplayıb. Sorğuda Almaniyanın “Bayer 04” komandasının futbolçusu Florian Virtz (246) ikinci yeri tutub….

Ətraflı

Sabah bu ərazilərdə qaz OLMAYACAQ

Sabah Bakının Qaradağ rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Viral.az-a “Azəriqaz” İB-dən bildirilib.   “Qaz İxrac” İdarəsinə məxsus istismardan çıxarılmış “Nərimanov” ölçü qovşağının demontaj olunması ilə bağlı 05.08.2024-cü il saat 10:00-dan işlər başa çatanadək “Səngəçal” QPS-dən qidalanan “Səngəçal ümumi” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.   Təmir müddətində Qaradağ rayonunun…

Ətraflı

Robot ilk diş əməliyyatını həyata keçirdi

Süni intellektlə idarə olunan robot insan üzərində ilk diş əməliyyatını uğurla tamamlayıb. Viral.az xəbər verir ki, bu haqda avtomatlaşdırılmış diş texnologiyası sahəsində lider olan “Perceptive” şirkəti məlumat yayıb. “Xəstələrin təhlükəsizliyi bizim üçün çox vacibdir. Robototexnika sistemimiz dişləri təhlükəsiz şəkildə müalicə edə bilmək üçün dizayn edilir və ciddi şəkildə sınaqlardan keçirilir. Əsas məqsədimiz robot həkimi inkişaf etdirib,…

Ətraflı