Restoran ərazisində yanğın baş verib

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Viral.az-a verilən məlumata görə, rayonda restoran ərazisində ümumi sahəsi 140 m² olan tikilinin dam örtüyünün taxta atmaları 40 m² sahədə və içərisində əşyalar 80 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Ruslar Ermənistandan imtina EDİR

Rusların Ermənistana turist kimi səfərlərində azalma baş verib. Viral.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin altı ayı ərzində ruslar turist kimi xaricə 4,9 milyon səfər edib ki, bu da bir il əvvəlkindən (4,1 milyon səfər) 20% çoxdur. Rusiyalıların turizm məqsədilə ən çox getdikləri ölkələr arasında Türkiyə, BƏƏ,…

Ətraflı

Bu futbolçu "Yuventus"u tərk EDƏCƏK

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Tyaqo Motta komandadan gedəcək daha bir futbolçunun adını açıqlayıb. Viral.az xəbər verir ki, o, Federiko Kyezanın Turin klubunun planlarında olmadığını təsdiqləyib. Mütəxəssis 26 yaşlı hücumçunun daha çox oyun təcrübəsi toplamalı olduğunu deyib. Qeyd edək ki, F.Kyeza 2022-ci ildə “Fiorentina” klubundan “Yuventus”a transfer olunmuşdu.

Ətraflı

Olimpiya çempionlarımız Vətənə QAYITDI

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı idmançılar Bakıya qayıdıblar. Viral.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Xatırladaq ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100…

Ətraflı

2024-cü ilin sonuna qədər ev və maşın ala bilərlər – Bu 3 BÜRCƏ müjdə!

Astrologiyada şans və zənginlik anlayışları doğulduğunuz tarixdən asılı olaraq fərqlənə bilər. Bununla belə, bəzi bürclər xüsusilə səmadakı mövqe dəyişiklikləri və planetlərin təsirləri ilə böyük maliyyə imkanları əldə etmək potensialına malikdir. Viral.az xəbər verir ki, 2024-cü ilin sonuna qədər ev və maşın almaq şansı ən çox olan bürcləri təqdim edirik: Qoç: Qoç dinamik təbiəti və kəskin intellekti…

Ətraflı

Daha iki oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun baş tutacaq. Viral.az xəbər verir ki, əvvəlcə “Sabah” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüşə 17:30-da start veriləcək. I turun son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. “Səbail” səfərdə “Zirə”nin qonağı olacaq. Bu qarşılaşma 20:00-da başlayacaq. Azərbaycan Premyer Liqası I tur 4…

Ətraflı

Türkiyədə 2 dəfə zəlzələ baş VERİB

Türkiyədə 2 dəfə zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Məlumata görə, 3,9 maqnitudada birinci zəlzələ Boluda yerli vaxtla saat 7:31-də qeydə alınıb. Zəlzələnin episentri Məscicele kəndində, zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib. Bundan bir neçə dəqiqə sonra Çukurren kəndinin mərkəzində 3,1 maqnitudada afterşok…

Ətraflı

Bu gün jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Viral.az xəbər verir ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahanda 893 abituriyentin iştirakı…

Ətraflı

Paytaxtın bu hissəsində söküntü işləri başlayır: Sakinlər köçürüləcəklər – VİDEO

Bakının Yasamal rayonu ərazisində söküntü işləri başlayacaq. Viral.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Yasamal rayonunun 2-ci Alatava massivindən gedir. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun işçiləri bir neçə gün əvvəl əraziyə baxış keçiriblər. Alatava sakinləri bildiriblər ki, onlara görüləcək işlərlə bağlı hələlik heç bir məlumat verilməyib. Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata…

Ətraflı

Bu gün üç millimiz çıxış edəcək: Paris-2024

Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək. Viral.az xəbər verir ki, ilk olaraq atıcı Ruslan Lunyov bacarığını göstərməyə çalışacaq. O, 25 metr məsafədən atəşaçmada yarışacaq. Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq. Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə…

Ətraflı

51 yaşlı kişi qətlə yetirildi 

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.   DİN-in Mətbuat Xidmətindən Viral.az–a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.   İlkin məlumata görə hadisə şəxsi…

Ətraflı

Polad Həşimovun oğlundan möhtəşəm NƏTİCƏ

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb. Viral.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin “Purdue” universitetində davam etdirəcək. Qeyd edilib ki, Davudun kompüter sahəsində…

Ətraflı

MSK 4 nəfər YOX 1 nəfər HƏ dedi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb. Viral.az xəbər verir ki, beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib. Ümumilikdə 5 müraciət barədə qərar qəbul edilib. Onlardan biri namizədliyi Respublikaçı…

Ətraflı

“Sumqayıt” mövsümə qələbə ilə başladı 

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub. Viral.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sumqayıt” “Kəpəz”i (Gəncə) qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Səbuhi Abdullazadə və Rəhim Sadıxov vurublar. Günün ilk oyununda “Neftçi” və “Turan Tovuz” komandaları qolsuz heç-heçə edib. Ötən gün mövsümün açılış oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı…

Ətraflı

Ermənistan vətəndaşlarına xəbərdarlıq edildi

Ermənistanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını çox zərurət olmadığı təqdirdə müvəqqəti olaraq Livana səfərlərdən çəkinməyə çağırıb.   Viral.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.   Nazirlik həmçinin hazırda Livanda yaşayan Ermənistan Respublikası vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə…

Ətraflı

Bugünkü oyunda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun baş tutub. Viral.az xəbər verir ki, birinci turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib. “Neftçi Arena”da oynanılan görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu oyun, həmçinin də Roman Qriqorçukun “Neftçi”də, Kurban Berdıyevin isə “Turan Tovuz”da baş məşqçi kimi ilk rəsmi oyunları olub. Günün ikinci matçında “Sumqayıt”…

Ətraflı

Avroviziya üçün ifaçı və mahnı seçimi elan olunub

Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edir.   Viral.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-nə qədər Viral.az/cdn-cgi/l/email-protection” class=”__cf_email__” data-cfemail=”4e3d2120290e2b3b3c2138273d272120602f34″>[email protected] elektron ünvanına göndərə bilər.   Göndəriləcək mahnılar tam…

Ətraflı

Azyaşlının başı stula deyib həyatını itirdi

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.   Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.   Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.   2 yaşlı M. Məmmədov…

Ətraflı