İsrail Livana hücum etdi – Hizbullah hədəf alındı

İsrail ordusu Livanın paytaxtı Beyrutun vurulduğunu bildirib.   Viral.az xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.   Açıqlamada Colan təpələrinə hücuma görə məsuliyyət daşıyan Hizbullah komandirinin hədəfə alındığı qeyd olunub. Hədəfin öldürüldüyü vurğulanır.   Yerli mətbuat bildirir ki, hücum döyüş təyyarələri ilə həyata keçirilib və Beyrutun cənub ətraflarında Hizbullah hədəflərinə dörd raket zərbəsi…

Ətraflı

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Viral.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, “Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq. İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və…

Ətraflı

Ərdoğanın Olimpiadanın açılışına qatılmamasını nəvəsi istəyibmiş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi LGBT təbliğatına görə Olimpiadanın açılışına getməməsini xahiş edib. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyə lideri tədbirdə iştirakdan imtina etməsini hakim Ədalət və İnkişaf Partiyasının baş qərargahında çıxışı zamanı izah edib. “13 yaşlı nəvəm mənə dedi ki, baba, ora getmə. Səbəbini soruşdum. O, orada LGBT təbliğatını nümayiş etdirəcəklərini deyərək cavab verdi”. Ərdoğan bildirib ki, ilk fürsətdə Roma Papası Fransiskə zəng…

Ətraflı

Həkim artıq çəkili insanlar üçün məşq qaydalarını AÇIQLADI

Tibb elmləri namizədi Olqa Ulankina artıq çəkili insanlar üçün məşq qaydalarını açıqlayıb. Bu barədə Viral.az lenta.ru-ya istinadən xəbər verir. Həkim artıq çəkidən əziyyət çəkən insanlara müxtəlif fiziki fəaliyyət növlərini – kardio, güc məşqləri və dartınmanı birləşdirməyi tövsiyə edib. “Bununla belə, “CrossFit” kimi yüksək intensivlikli interval məşqlərindən qaçınmalısınız, çünki bu, ürək-damar sistemi və əzələ-hərəkət sistemini gərginləşdirir”….

Ətraflı

Mərakeş uğurlu COP29-u səbirsizliklə gözləyir

2030-cu ilədək istixana qazı emissiyalarını 45,5 faiz azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr sırasında yer alır. Buna görə də Mərakeş Bakıda uğurlu COP29-u səbirsizliklə gözləyir və Azərbaycana uğurlar arzulayır.   Viral.az xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkəsinin milli bayramı münasibətilə Bakıda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.   Ölkələrimizin müxtəlif beynəlxalq…

Ətraflı

Hökumət infilyasiya ilə mübarizəni müzakirə etdi 

30 iyul tarixində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasında cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.   Bu barədə Viral.az-a Nazirlər Kabinetindən məlumat verilib.   İclasda, xarici amillərin, habelə ərzaq…

Ətraflı

Pis əhval-ruhiyyə ilə mübarizə aparmağın asan YOLU

“Serotonin, dopamin və endorfin çatışmazlığını özünüz kompensasiya etməyə cəhd edə bilərsiniz”. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə bioloq İrina Lyalina bildirib. Bioloq xoş musiqi dinləməyi və ya yaradıcılıqla və hobbi ilə məşğul olmağı məsləhət görüb. “Bundan əlavə, bütün gün üçün müsbət əhval-ruhiyyə üçün iki və ya üç dilim şokolad yeyə və ya bir stəkan kakao…

Ətraflı

“Qarabağ” – “Linkoln” görüşü başladı – CANLI

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb. Viral.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir. Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.

Ətraflı

Ayşənin videosunu yayan “Xaqocan” həbs olundu

Yayılması qanunla qadağan edilmiş informasiyanı ictimailəşdirən şəxs həbs edilib. Bu barədə Viral.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İnternet informasiya ehtiyatlarında və telekommunikasiya şəbəkələrində qanunvericiliklə yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən şəxsi və ailə həyatına aid sirr olan…

Ətraflı

Teatr aktyoru 34 yaşında VƏFAT ETDİ

Rusiyalı teatr aktyoru və müğənni Timur Şivırev 34 yaşında vəfat edib. Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Saratov Regional Operetta Teatrı” “Telegram” kanalında məlumat verilib. “Ailə və dostlara dərin hüznlə başsağlığı veririk”, – mesajda deyilir. Sənətçinin ölümünün səbəbləri və şəraiti açıqlanmır. Timur Şivırev 2018-ci ildən Saratov Operetta Teatrında işləyir. O, xorda çıxış edib. (redaktor.az)

Ətraflı

Daha bir boksçumuz 1/4 finalda

Azərbaycanın daha bir boksçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.   Viral.az xəbər verir ki, 80 kiloqramda çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.   Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. M. Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə…

Ətraflı

Azərbaycanda taksi şirkəti BAĞLANDI

Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş “Nax Taxı” şirkəti ləğv olunub. Viral.az xəbər verir ki, iqtisadiyyat.az-ın məlumatına görə, taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb. Xatırladaq ki, “Nax Taxı” ötən ilin fevralın 9-da yaranıb. Amma şirkət cəmi dörd ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Qeyd edək ki, “Nax Taxı” tamamilə bağlandığını elan edib.

Ətraflı

Konstitusiya Məhkəməsinin yeni QƏRARI

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.   Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Viral.az-a bildiriblər ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1194-cü maddələrinin həmin Məcəllənin 372-ci, 373-cü, 1166-cı, 1202.2-ci və…

Ətraflı

“Qarabağ” və “Linkoln”un start heyətləri

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və “Linkoln” komandalarının start heyətləri açıqlanıb.   Viral.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:   “Qarabağ”: 97. Fabiyan Buntiç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul…

Ətraflı

Kərim Vəliyev HHQ-nin hərbi hissələrində

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.   Bu barədə Viral.az–a Müdafiə Nazirliyindən məlumat verilib.   Bildirilib ki, K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin…

Ətraflı

DİM bazar günü imtahan keçirəcək

Avqustun 4-də 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək.   Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan Dövlət Universitetində elektron qaydada təşkil ediləcək. Bakıda 154, Naxçıvanda 6 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.  …

Ətraflı

Mahmud Abbas Türkiyənin təklifini qəbul etməyib

Fələstin Prezidenti Mahmud Abbas Türkiyə hakimiyyətinin Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxış etmək təklifini qəbul etməyib.   Viral.az xəbər verir ki, Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun imzaladığı Fələstin liderinə rəsmi dəvətin mətni çərşənbə axşamı Türkiyənin “Yeni Şafak” nəşrində dərc olunub.   “Sizi Türkiyə parlamentində Fələstin xalqının hüquqları və mübarizəsi mövzusunda çıxış…

Ətraflı

Tehranda Əli Əsədovla Hakan Fidan arasında səmimi görüş

İranın paytaxtı Tehranda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında səmimi görüş olub. Viral.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Qeyd edək ki, bu gün İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi olub. Əli Əsədov və Hakan Fidan da mərasimdə iştirak ediblər.

Ətraflı