Sürücülərin NƏZƏRİNƏ! – Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

31 iyul saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. Bu barədə Viral.az-a AAYDA-dan məlumat verilib. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti…

Ətraflı

ABŞ səfirliyi Hidayət Heydərovu belə təbrik etdi

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib. Viral.az-ın məlumatına görə, bununla bağlı ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib. “Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın – bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası – qarşıda daha böyük…

Ətraflı

Azərbaycanda 6 qədim yemiş sortu bərpa edilib

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksionerləri Azərbaycanın 6 qədim yemiş sortunun bərpasını həyata keçiriblər. Viral.az nazirliyə istinadla xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar zamanı itməkdə olan yemiş sortlarının toxumlarından nümunələr götürülüb. Nünunələr institutun seleksiyaçı alimləri tərəfindən öyrənildikdən sonra biotexnologiya laboratoriyasında çoxaldılıb və ilkin toxumçuluğu həyata keçirilib. Yenidən bərpa olunan qədim yemiş toxumlarının Kürdəmir…

Ətraflı

Ermənistan və Türkiyə xüsusi nümayəndələri sərhəddə görüşür

Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir. Viral.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən…

Ətraflı

Prezident torpaqdan istifadə ilə bağlı dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Viral.az xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti…

Ətraflı

İlham Əliyev sərəncam İMZALADI

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncamla Nazirlər Kabinetinə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin…

Ətraflı

Dəmir yolu xəttini qadağan olunmuş yerdən keçmiş piyada xəsarət aldı

Bu gün saat 01:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yük qatarı Biləcəri-Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb. Viral.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin…

Ətraflı

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi ilk dəfə danışdı

“Ağadadaş Ağayevin ötən gün verdiyi açıqlamalara, xalqdan üzr istəmə videosuna baxdım, öz-özümə dedim ki, “bu cür gözəl insana necə əl qaldırmışam”. O bildirib ki, mən müsəlmanları təhqir etmişəm və s. Məgər Ağadadaş Ağayev müsəlmanları təmsil edir? Onun mənə söyüşlərinə qarşılıq olaraq onu söymüşəm. Müsəlmanları niyə söyüm ki?” Viral.az xəbər verir ki, bu sözləri “TV Musavat”ın canlı…

Ətraflı

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı AÇIQLANDI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 140-dan 165-ə qədər artırıb. Bu barədə Viral.az-a agentlikdən məlumat verilib. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy,…

Ətraflı

83 yaşlı kişi 23 yaşlı oğlunu GÜLLƏLƏDİ

Qusar rayonu ərazisində iyulun 30-da səhər saatlarında rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Sərkər Duraxan oğlu Duraxanov saxlanılıb.

Ətraflı

Daha bir idmançımız mübarizəni DAYANDIRDI

Azərbaycan avarçəkəni Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti yarışını keçirib. Viral.az-ın məlumatına görə, 1/4 finalda mübarizə aparan təmsilçimiz Aureliya-Maksima Katarina Yanzen (İsveçrə), Emma Tviq (Yeni Zelandiya), Virciniya Dias Rivas (İspaniya), Yovana Arsiç (Serbiya) və Coani Delqado (Filippin) ilə yarışıb. O, qrupda 4-cü olaraq mübarizəni dayandırıb. Qeyd edək ki, Diana mübarizəyə 3-cü qrupda, birinci zolaqda…

Ətraflı

Faktiki hava AÇIQLANDI

İyulun 30-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 29-u axşam saatlarından tədicən kəsilib. İyulun 30-da gecə və səhər əsasən yağmursuz keçib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Göygöldə 29 mm, Şəmkirdə 23 mm, Şəkidə 14 mm, Gəncədə 12 mm, Goranboyda 9…

Ətraflı

Prezident kralı təbrik etdi

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubun mətnində deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf…

Ətraflı

Səfərbərlik Xidmətinin bölmə rəisi qəzaya düşdü – yaralananlar var

Daşkəsəndə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Viral.az “unikal”a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusla “Hyundai” markalı minik maşını toqquşub. Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda olanlar qızıl mədəninin işçiləridir. Hadisə yerinə DYP əməkdaşları…

Ətraflı

Sel mikroavtobusu apardı, azyaşlı son anda xilas edildi

Son günlər müşahidə edilən yağıntılı hava şəraiti və çaylarda baş verən sellər bir sıra rayonlarda fəsadlar törətməkdədir. Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, sel suları Samuxun Burunqovaq kənd sakinləri üçün də çətinliklər yaradıb. Belə ki, kəndə gedən yolun Qabırrıçay üzərindən keçən hissəsindəki körpünü yararsız hala salan sel, çaydan keçmək istəyən “Ford” markalı mikroavtobusu da aşırıb. Mikroavtobus…

Ətraflı

Paris-2024: Triatlon yarışı təxirə SALINDI

Paris 2024-də kişilərin fərdi triatlon yarışı təxirə salınıb. Viral.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin tələb olunan standartlara uyğun olmamasıdır. Bildirilib ki, havanın qeyri-sabit keçməsi, yağan güclü yağış çayı çirkləndirib. Hazırda Senada suyun keyfiyyəti ilə bağlı sınaqlar aparılır. Məlumata görə, çayın təmiz olması üçün bərpa layihəsinə təxminən 1,4 milyard avro xərclənib. Qeyd edək ki, kişi triatlonu çərşənbə…

Ətraflı

Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE

Dünən Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.  Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü…

Ətraflı

TƏBİB “Sağlam həyat – sağlam həyət” layihəsinə başlayıb

Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, səhhətində yaranan xəstəliklərdən xəbərsiz olan vətəndaşların zamanında ixtisaslı həkimlərə yönləndirilməsi və eləcə də müxtəlif tibbi mövzularda maarifləndirmə işinin təşkili məqsədilə TƏBİB tərəfindən “Sağlam həyat – sağlam həyət” layihəsinə başlanılıb. Viral.az xəbər verir ki, layihə çərçivəsində ilk dəfə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli…

Ətraflı

Müdafiə Nazirliyinin bölmə rəisi HƏBS OLUNDU

Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs olunub. Viral.az “bizim.media”ya istinadla xəbər verir ki, Rəhim Laçınov Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın gedişi zamanı məlum olub ki, Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub. Digər etibarlı…

Ətraflı