Azərbaycanda vergi daxilolmaları təxminən 10 faiz AZALIB

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib. Viral.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır. Bununla belə, büdcəyə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. 6 aylıq vergi…

Ətraflı

Hiss iddialı danışdı: “Sevgilim deyir ki, sənin kimi müğənni yoxdur”

Müğənni Hiss “Xəzər axşamı” verilişində şəxsi həyatı haqqında açıqlamalar verib. Viral.az Teleqraf.com-a istinadla xəbər verir ki, Hiss sevgilisinin olduğunu etiraf edib: “Arzularımın içində ailə qurmaq da var. Uşaq da istəyirəm. Amma birinci yerdə sənətdir. Sənətimdə istədiyimə nail olduqdan sonra ailə quracam. Mən 40 yaşda da uşaq dünyaya gətirə bilərəm. Sevdiyim şəxs də var. Başqaları sevgilisi…

Ətraflı

Küləklə bağlı sarı XƏBƏRDARLIQ

Azərbaycanın bölgələrində iyulun 18-19-da əsasən gündüz saatlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı, İsmayıllıda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Ətraflı

Bu şəxslər il ərzində üç dəfə Azərbaycana vizasız gələ biləcək

Çin vətəndaşları 2024-cü il iyulun 20-dən başlayaraq bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər edə bilərlər. Bu barədə Viral.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib. 3 iyul 2024-cü il tarixində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək etibarlı ümumvətəndaş pasportuna malik Çin Xalq Respublikasının vətəndaşları 20 iyul…

Ətraflı

Yeni doğulan uşağın ölümündə təqsirləndirilən həkimin məhkəməsi başlayır

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş uşağının ölməsi ilə bağlı təqsirli bilinən Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Viral.az xəbər verir ki, cinayət iş üzrə toplanmış materiallar baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. İş hakim Füzuli Pənahovun icraatına…

Ətraflı

Bütün ölkə üzrə pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyulun 17-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Viral.az-a fonddan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.  

Ətraflı

Bu ərazi Azərbaycanın nəzarətinə keçdi – FOTO

“Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsindən sonra ərazinin təhvil verilməsi prosesi üçün Ermənistana vaxt verilmişdi”. Viral.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Neytral Zona” teleqram kanalı bildirib. “Vaxt ermənilərin ərazidən köçməsi, alternativ yolların salınması və digər məsələlər üçün idi. Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi ərazinin tam nəzarətə götürülməsinə start verib”, – məlumatda qeyd edilib. Xatırladaq…

Ətraflı

53 yaşlı Teymur Əmrah buna görə ailə qurmur

Əməkdar artist Teymur Əmrah niyə ailə qurmadığını açıqlayıb. Viral.az xəbər verir ki, 53 yaşlı müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb. T.Əmrah ailə ilə bağlı suallara belə cavab verib. “Əgər xanımın kişiyə məhəbbəti yoxdursa, uşaqdan sonra çox şey istəyəcək. 50-dən çox yaşım var. Yarım əsrdən çox yaşamışam. Sual verdiniz ki, niyə ailə qurmadınız? Mənim sənətə məhəbbətim…

Ətraflı

Çimərlikdə qadınların çantasını soyan “ağsaqqal” TUTULDU

İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in mətbuat xidmətindən Viral.az-a bildirilib. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ətraflı

Murad Adıgözəlzadənin köməkçisi rüşvətə görə SAXLANILDI

Bir neçə gün əvvəl korrupsiya əməliyyatı ilə həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki həbs qərarından narazı qalıb. Viral.az xəbər verir ki, Rəşad Məmmədov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O, şikayət ərizəsində həbs qərarının ləğv edilərək sərbəst buraxılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi cinayət işi üzrə istintaq hərəkətlərinin yeni başlamasını və hərtərəfli araşdırmanın gedişinə…

Ətraflı

Oğurluq edən 66 yaşlı kişi TUTULDU

İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in mətbuat xidmətindən Viral.az-a bildirilib. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ətraflı

Bu ərazilərdən sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 18-20-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sözügedən tarixlərdə bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi…

Ətraflı

Ramil Şeydayev bu klubla RAZILAŞDI

“Neftçi” klubu yeni transferini açıqlayıb. Viral.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb. 28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək. Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin II Liqa təmsilçisi “Kocaelispor” olub.

Ətraflı

17 yaşlı ananın doğuşdan sonra körpəsi ÖLDÜ

İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub. Bu barədə Viral.az-a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım…

Ətraflı

Pensiyaçılarla bağlı mühüm xəbər – Güzəştlər…

Yeni tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün bir sıra güzəştlər nəzərdə tutulur. Viral.az xəbər verir ki,bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni tədris ilində vahid tələbə kartı ilə bağlı müxtəlif həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. endirimlərin təmin…

Ətraflı

Dənizdə batan gəncin meyiti TAPILDI

İki gün öncə dənizdə batan oğlanın meyiti sudan çıxarılıb. Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda…

Ətraflı

Zakir Həsənov Qazaxıstana səfər etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb. Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri…

Ətraflı

İyulun 16-nın ən xoşbəxt BÜRCÜ: Zəfər və xoşbəxtlik günüdür

Yayın ekvatoru qətiyyəti və cəsarəti ilə tanınan bir bürc üçün xoşbəxtliyin zirvəsini qeyd edir: Viral.az lent.az-a istinadən xəbər verir ki, iyulun 16-da Əqrəblərin intuisiyası xüsusilə yüksək səviyyədə olacaq, onlara aydın ipuçları verəcək və onları doğru yola yönəldəcək. Bu gün Əqrəblərin intuisiyası pik həddə olacaq. Onun səsi düzgün qərarlara aparan və yeni imkanlar açan aydın bələdçi olacaq….

Ətraflı

İşığın qiyməti UCUZLAŞACAQ?

Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 mln. kVt·stdan 286,6 mln. kVt·sta çatıb. Ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə,…

Ətraflı