Rusiyada səfərbərlikdən söhbət getmir – Peskov
Rusiyada səfərbərlikdən söhbət getmir. Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli KİV-ə deyib. “Səfərbərlik haqqında ümumiyyətlə heç kim danışmır, bu barədə söhbət getmir”, – o deyib. Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Duması və Müdafiə Nazirliyi də ölkədə səfərbərlik barədə müzakirələrin aparılmadığını açıqlayıblar.