Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə qaytarıldı

Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Qeyd edilib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi,…

Ətraflı

Kolleclərə qəbulun nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Viral.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə…

Ətraflı

Sertifikatlaşdırma üzrə müsahibə mərhələsinin nəticələri açıqlandı

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə dair məlumat şəxsi kabinetlərə göndərilib Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Viral.az-a verilən məlumata görə, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab…

Ətraflı

Azərbaycan üç adda yeni pulemyot istehsal etdi

Azərbaycan üç adda yeni pulemyot istehsal edib. Viral.az xəbər verir ki, hazırda pulemyotlar ADEX sərgisində nümayiş etdirilir. AZ 14.5 adlı pulemyotun kalibri 14,5 x114 olan silah yüngül zirehli texnikalara quraşdırılır. İPP 12.7 AH 12.7 adlı pulemyotlarında kalibri 12,7×108 olan pulemyot silah yüngül zirehli texnikalara quraşdırılır. Pulemyotlar canlı və yüngül texniki vasitələri məhv etmə qüvvəsinə malikdir….

Ətraflı

Azərbaycanda suüstü dronlar istehsal edildi

Azərbaycanda suüstü dronlar istehsal edilib. Viral.az xəbər verir ki, dronlar sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur. Bildirilib ki, dronların sınaqlarına başlanılıb. Bunlar kamikadze tipli suüstü dronlardır. “Kalan” və “Suqovuşan” adlanan dronlar yaxın vaxtlarda Azərbaycan Ordusunun sərəncamına veriləcək. “Kalan”ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi –…

Ətraflı

Texniki şərt almaqla bağlı məlumat kitabçası hazırlandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə içməli su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma qaydasını, onun funksiya və xüsusiyyətlərini əks etdirən məlumat kitabçası nəşr olunub. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Viral.az-a bildirilib ki, kitabçada Baş nazir Əli Əsədovun 20 iyun 2024-cü ildə imzaladığı “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə…

Ətraflı

Məktəbi dərmanladılar, şagirdlər zəhərləndi – VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər. Viral.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib. Övladı məktəbdə zəhərlənən valideyn deyib: “Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər!…

Ətraflı

İlham Əliyev Bakı Ekspo Mərkəzində…

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri ilə tanış olub. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Xəbər yenilənəcək.

Ətraflı

Oğlumun ailəsi xəyanətə görə dağıldı

Tanınmış aktrisa Nəzakət Məmmədova gəlinini oğluna xəyanətdə ittiham edib. Viral.az titul.az-a istinadla xəbər verir ki, aktrisa bununla bağlı sosial şəbəkə hesabındakı videoçıxışında bildirib.  O qeyd edib ki, oğlu Elnur bir neçə il öncə ailə qurdu və 8 ay sonra onun ailə həyatı dağılıb. Nəzakət bunun səbəbinin xəyanət olduğunu iddia edib: “Ailəsi həyat yoldaşının xəyanətinə görə dağıldı”….

Ətraflı

2050-ci ilədək 39 milyondan çox insan öləcək

Tədqiqatçılar uzun müddətdir ki, antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq problemi olduğunu bildirirlər. “Səssiz epidemiya” olaraq da adlandırılan antimikrobiyal müqavimətlə bağlı yeni bir araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb. Bununla bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər 39 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır. Viral.az xəbər verir ki, tədqiqatın müəllifləri 2022-ci ildən 2050-ci ilə qədər antimikrobiyal müqavimət səbəbindən…

Ətraflı

Azərbaycanda üç yeni peşə bayramı təsis edildi

Azərbaycanda üç yeni peşə bayramı təsis edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilsin. Hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilsin. Hər il martın…

Ətraflı

Türkiyə ordusu Suriya və İraqda üç terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Suriyanın şimalındakı “Fırat Kalkanı” bölgəsində PKK/YPG terror təşkilatının iki, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində isə PKK terror təşkilatının bir üzvü öldürülüb. Nazirlikdən bildirilib ki, terrora qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Ətraflı

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq?

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Viral.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov özünün feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam…

Ətraflı

Putin Pezeşkianla GÖRÜŞƏCƏK

İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Rusiyada Prezident Vladimir Putinlə görüşəcək. Viral.az “Tasnim”a istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün noyabrda Tatarıstanın Kazan şəhərinə səfər edəcək. O, tədbir çərçivəsində Rusiya Prezidenti ilə də ikitərəfli görüş…

Ətraflı

Vəfayla Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat ÇIXDI

Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunun qalmaqalına səbəb olan “Cənnətimsən” mahnısı plagiat çıxıb. Viral.az xəbər verir ki, bu barədə “Günə bax” verilişində jurnalist Pərviz Hüseyn məlumat verib. O bildirib ki, əslində Tural Sədalı ilə Arzu Məmmədovanın özlərinin bəstələdiklərini dedikləri mahnı Qədir Məmmədovun (Qızılsəs) illər öncə səsləndirdiyi “Pakizə”dən götürülüb.  Belə ki, ifanın musiqisi məhz “Pakizə”dən plagiat…

Ətraflı

“Qarabağ”ın oyunu fransalı hakimlərə TAPŞIRILDI

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenhem”lə keçirəcəyi səfər oyununun təyinatları müəyyənləşib. Viral.az xəbər verir ki, sentyabrın 26-da Londonda baş tutacaq görüşə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar. Qarşılaşmanı Villi Delajod idarə edəcək. Ervan Finyean və Filipp Jann baş hakimin köməkçiləri olacaq. Tomas Leonard dördüncü hakim funksiyasını yerinə yetirəcək. Benoi Millo VAR, avstriyalı Alan…

Ətraflı

Rusiyada uşaqsızlığı təbliğ edənlər CƏRİMƏLƏNƏCƏK

Rusiyada uşaqsızlıq – “childfree” ideologiyasının təbliğinə görə cərimə tətbiq olunacaq. Viral.az xəbər verir ki, cərimə fiziki şəxslər üçün 400 min rubla qədər, vəzifəli şəxslər üçün 800 minə, hüquqi şəxslər üçün 5 milyona qədər olacaq. Qeyd edək ki, Rusiyada internetdə, mediada, filmlərdə və reklamlarda bu cür təbliğatın qadağan edilməsi təklif olunur.

Ətraflı

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. Xidmətdən Viral.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən,…

Ətraflı

“Siyəzən Broyler”in yeməkxanasında qəfil ölüm

Siyəzən rayonunda qadın iş yerində vəfat edib. Viral.az qafqazinfo.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib. Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı