Rusiyanın Ukraynadakı itkiləri 507 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1390 hərbçisini itirib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.   Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 507 650 nəfərə çatıb.   Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 22 zirehli döyüş maşını, 39 artilleriya sistemi…

Ətraflı

Çin İsveçrədəki Ukrayna Sülh Konfransında iştirakdan imtina edib

Çin İsveçrədəki Ukrayna Sülh Konfransına getməyəcək, çünki onun iştirakla bağlı bəzi şərtləri yerinə yetirilməyib.   Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   Çin hakimiyyəti iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcəklərini təsdiqləyib. “Reuters” 4 mənbəyə istinadən yazıb ki, Pekin tədbirdə iştirak etmək şərtlərinə əməl edilmədiyi üçün dəvəti rədd edib. Hansı şərtlərin…

Ətraflı

Gürcüstanda yerli turistlərin sayı 8.8 faiz artıb

2024-cü ilin birinci rübündə Gürcüstana yerli turistlərin sayı keçən illə müqayisədə 8,8% artıb.   Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın statistika qurumu (Sakstat) məlumat yayıb.   Ayda orta hesabla 1 277,7 min nəfər Gürcüstanı gəzib. 688,2 min nəfər turist səfəri edib. Məlumata görə, 31 yaşdan 50 yaşa qədər olan vətəndaşlar ən çox səyahət edir.  …

Ətraflı

Muğlada ZƏLZƏLƏ

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.   Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.   Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.   Ocağı yerin 7.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ətraflı

Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır

“Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır, bizə yeni bir yol lazımdır”   Viral.az xəbər verir ki, bu sözləri Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü Cimmi Nauna Britaniyanın nüfuzlu “Guardian” nəşrindəki məqaləsində deyib. O bildirib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar, Emmanuel Makronun Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə prosesini pozmaq üçün apardığı qərəzli…

Ətraflı

Əfsanəvi qurupun gitarası 1.5 milyona satıldı 

Britaniyanın məşhur rok qurupu “The Beatles”ın (“Bitlz”) üzvü Con Lennonun istifadə etdiyi gitara hərracda 1.5 milyon funt sterlinqə satılıb.   Viral.az xəbər verir ki, bu gitaranın “Beatles” tarixində hərracda ən baha qiymətə satılan musiqi aləti olduğu güman edilir. 50 ildən çoxdur ki, işlədilməyən gitara Britaniyanın kəndlərindən birində yaşayan cütlük tərəfindən evin çardağında tapılıb.   Gitara məşhur…

Ətraflı

ABŞ Ermənistana hərbi müşavir göndərdi

ABŞ-nin hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də Balkan ölkələrinə göndərilib.   Viral.az xəbər verir ki, bu barədə “Intelligence Online” internet portalı məlumat yayıb.   Qeyd olunur ki, amerikalı müşavirlər sözügedən ölkələrin nazirliklərini ABŞ-nin qurumlarına uyğunlaşdırmalı və onları Rusiya modelindən uzaqlaşdırmalıdırlar.

Ətraflı

İrəvan silkələndi

İrəvanda 3,6 bal gücündə zəlzələ baş verib.   Viral.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.   Zəlzələnin ocağı 8,4 kilometr dərinlikdə, Qarni kəndindən beş kilometr, İrəvandan 17 kilometr cənub-şərqdə yerləşib. …

Ətraflı

Çin Pakistan üçün kosmosa peyk göndərdi

Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb.   Viral.az xəbər verirki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumatda qeyd olunur ki, Çin “Long March-3B” daşıyıcı raketindən istifadə edərək Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb. Buraxılış cənub-qərb Sıçuan əyalətindəki Siçan kosmodromundan həyata keçirilib.   Qeyd edilir ki, peyk planlaşdırılmış orbitə daxil olub. Buraxılış…

Ətraflı

Gürcüstanda seçkilərlə bağlı dəyişiklik

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) qərarları sadə səs çoxluğu ilə qəbul edəcək.   Viral.az xəbər verir ki, ölkə Parlamenti bununla əlaqədar Seçki Məcəlləsinə dəyişikliklər edib.   Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün yeni qanun layihəsi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən hazırlanıb.   Layihəyə əsasən MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək. MSK…

Ətraflı

Daha bir Avropa ölkəsi Fələstini tanıyacaq

Sloveniya Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.   Viral.az xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fajon “X” hesabında bildirib.   Müvafiq sənəd ölkə parlamentinə təqdim olunub.   “Sloveniya hökuməti tarixi bir addım atdı. İsraillilər və fələstinlilər öz övladlarını öz dövlətlərində sülh, təhlükəsizlik və rifah içində böyütmək hüququna malikdirlər. Fələstinin tanınması…

Ətraflı

Putin Matviyenkoya Əmək Qəhrəmanı adı verdi

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının rəhbəri Valentina Matvienkoya Əmək Qəhrəmanı adı verib.   Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   Putin qeyd edib ki, Federasiya Şurası sədrinin həyatının mənası “Vətənə sədaqət və onun vətəndaşlarının mənafeyi naminə çalışmaq”dır.

Ətraflı

İranda 3 nəfər prezidentliyə namizədliyini irəli sürdü

Sabiq deputat, İran Demokrat Partiyasının qurucusu Mustafa Kəvakbian, 12-ci çağırış Məclisin (parlament) üzvləri Məhəmməd Səbaqian və Abbas Moğtadai yaxın bir ayda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər. Viral.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə, namizədlər qeydiyyat prosedurunu başa vurduqdan sonra çıxış edərək seçki proqramının bəzi bəndlərini açıqlayıblar. Kəvakbian…

Ətraflı

Ermənistandakı siyasi proseslər onların daxili işidir

“Biz Ermənistandakı siyasi prosesləri bu ölkənin daxili işi hesab edirik”.   Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə İrəvandakı etiraz aksiyalarını şərh edərkən bildirib.   “İrəvan və regionlardakı etirazçılara gəlincə, mühakimə edə bildiyimiz qədər, etirazçıların narazılığı, digər amillərlə yanaşı, onların fikrincə, bəzi anklav kəndlərinin sərhədlərinin müəyyənləşdirilməsinin tam ədalətli olmaması ilə…

Ətraflı

Sərhədlərin delimitasiyası regional sabitlik üçün vacibdir

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacibdir”.   Viral.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə praktiki mərhələnin başlanmasını izləyirik – bu, regional sabitlik üçün vacibdir. Biz bütün delimitasiya məsələlərinin müstəsna olaraq siyasi və diplomatik üsullarla…

Ətraflı

Estoniyada dondurulmuş Rusiya aktivləri Ukrayna üçün müsadirə olunacaq

Estoniya prezidenti Alar Karis Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi haqqında qanunu imzalayıb.   Viral.az xəbər verir ki, bununla bağlı ERR məlumat yayıb.   Bildirilib ki, yalnız qanunsuz hərəkətlərin törədilməsi və ya yardımı ilə əlaqəsi müəyyən edilən və kifayət qədər sübuta yetirilən şəxslərin əmlakı müsadirə oluna bilər:   “Yəni kiminsə aktivlərinin beynəlxalq sanksiyalara görə…

Ətraflı

NATO-nun şərq cinahında lazım olan HHM vasitələrinin 5 faizi var

NATO-nun şərq cinahını qorumaq üçün lazım olan hava hücumundan müdafiə vasitələrinin cəmi 5%-i var.   Viral.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.   Nəşr yüksək rütbəli diplomatlara istinadən yazır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi hava hücumundan müdafiənin vacibliyini önə çəkib.   “Raketlərdən və hava hücumlarından müdafiə qabiliyyəti Şərqi Avropanı işğaldan qorumaq planının əsas hissəsidir”,…

Ətraflı

Bəşər Əsəd Tehrana gəlib – Xamenei ilə görüşüb

İranın Ali Rəhbəri Seyid Əli Xamenei Tehranda səfərdə olan Suriya Prezidenti Bəşər Əsədi qəbul edib. Viral.az xəbər verir ki, Bəşər Əsəd helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə bağlı başsağlığı verib. Həmçinin ikitərəfli münasibətlər, Qəzza da daxil olmaqla regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ətraflı

Aİ Şurası Rusiya və Belarus məhsullarına əlavə rüsumu TƏSDİQLƏDİ

Avropa İttifaqı Şurası Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına əlavə rüsumları təsdiqləyib.   Viral.az BBC-yə istinadən xəbər verir ki, bəzi kənd təsərrüfatı məhsullarının idxalına əlavə rüsumlar təsdiqlənib.   Söhbət Rusiya və Belarusdan gələn taxıl, yağlı bitkilər və onların emal məhsullarından, o cümlədən buğda, qarğıdalı və günəbaxan unu, həmçinin çuğundurdan alınan məhsullar və quru noxuddan gedir.   Tariflər…

Ətraflı

Məşhur bloger ordunu “diskreditasiya etməkdə” günahlandırılır

Rusiya paytaxtı Moskvanın Tver Rayon Məhkəməsi bloger İlya Varlamova qarşı ordunu “diskreditasiya etmək” ilə bağlı inzibati iş alıb.   Viral.az xəbər verir ki, bu barədə məlumatı “Mediazona” üzə çıxarıb.   Ona protokol tərtib olunub. Protokolun dəqiq nəyə səbəb olduğu bilinmir. İş üzrə məhkəmə iclası hələ təyin edilməyib.   Bu, Varlamova qarşı tərtib edilmiş ordunun “diskreditasiya edilməsi” haqqında ilk məlum…

Ətraflı