Ermənistan nümayəndələri Avrasiya Hökumətlərarası Şurasının toplantısına qatılacaq

Ermənistan nümayəndə heyəti Avrasiya Hökumətlərarası Şurasının toplantısında iştirak edəcək.   Viral.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.   Toplantı iyunun 3-4-də Belarusun paytaxtı Minskdə keçiriləcək.   Qeyd edək ki, nümayəndə heyətinə kimlərin daxil olacağı açıqlanmayıb.

Ətraflı

Rusiya ilə Ermənistanın ticarətində heç bir problem yoxdur

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya-Ermənistan ticarət münasibətləri barədə söz açıb.   Viral.az “Sputnik”ə istinadən xəbər verir ki, o, jurnalistlərə bununla bağlı danışıb.   Overçuk bildirib ki, Rusiya ilə Ermənistan arasında ticarətdə heç bir problem və ya fasilə yoxdur.   “Yuxarı Lars yaxşı işləyir. Ticarət və iqtisadiyyatda hər şey qaydasındadır”, – Rusiya baş nazirinin müavini vurğulayıb.

Ətraflı

NATO Qərbi Ukrayna üzərində səmanı qoruyacaq?

NATO Qərbi Ukrayna üzərində səmanı qoruya bilər.   Viral.az xəbər verir ki, bununla bağlı “Bild” nəşri yazıb.   Nəşrin yazdığına görə, bəzi NATO ölkələri Kiyevə dəstəyi genişləndirməyə və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərməyə hazırdır. Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa belə bir addımın tərəfdarıdırlar. ABŞ və Almaniya isə buna qarşıdır.    Xüsusilə, Ukrayna Silahlı…

Ətraflı

Ukraynada 5G sınaqlarına start verilib

Ukraynada 5G sınaqlarına başlanılıb.   Viral.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyindən bildirilib.   Nazirin sözlərinə görə, 5G Ukraynada ilk dəfə sınaq rejimində işə salınıb. İvano-Frankovskdakı “Prompribor” innovasiya mərkəzi, Kiyevdəki “Vodafone” ofisi və Helsinkidəki “Nokia” ofisi 5G-dən istifadə etməklə zəng edərək əlaqənin keyfiyyətini yoxlayıb.   “Hər şey işləyir”, – deyə o qeyd edib və…

Ətraflı

Zelenski İspaniyada

Ukrayna prezidenti Volodimir Zelenski İspaniyaya səfər edib.   Viral.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.   O, ikitərəfli təhlükəsizlik sazişi imzalamaq və baş nazir Pedro Sançezlə danışıqlar aparmaq üçün İspaniyaya gedib.   “Biz müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, yeni hərbi yardım paketinin hazırlanması və Ukrayna hərbçilərinin təlimi barədə danışacağıq”, – deyə prezident bildirib.

Ətraflı

Putinin Özbəkistan prezidenti ilə görüşdə DEDİKLƏRİ

“Rusiya Federasiyası ilə Özbəkistan arasında münasibətlər bərabərlik və hörmət prinsipləri əsasında dinamik şəkildə inkişaf edir”.   Viral.az TASS-a istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.   “Ticarət, kommersiya və dinc atom enerjisi sahəsində sənədlər paketi imzalanmaq üçün hazırlanmışdır. Rusiya Federasiyası ilə Özbəkistan arasında ticarət dövriyyəsi yaxşı templə artır, birbaşa…

Ətraflı

Gürcüstanın Avropa İttifaqına namizəd statusu dayandırıla bilər

“Gürcüstanın Avropa İttifaqına namizəd statusunun dayandırılması ehtimalını istisna etmirəm”.   Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib.   Bu gün Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.   Gürcüstanla bağlı vəziyyət gündəmin əsas bəndlərindən biridir.

Ətraflı

Putini diz çökdürmək lazımdır! – Estoniya prezidenti

Rusiya döyüş maşını dayandırılmalı və Moskva Ukraynadakı müharibəyə görə diz çökdürülməlidir”. Viral.az xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis deyib. “Rusiyanı və prezident Putini diz çökdürmək üçün mümkün olan hər şeyi edəcəyik. O zaman Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi müzakirələr başlaya bilər”, – Karis vurğulayıb. Bununla belə, o, Rusiyanın iki il əvvəl Ukraynanı…

Ətraflı

Parlament Prezidentin “xarici agentlər” haqda qanun layihəsinə vetosunu ləğv etdi

Gürcüstan parlamentinin Hüquqi Məsələləri Komitəsi Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı” qanununa vetosunun ləğvini dəstəkləyib. Viral.az xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl komitə tərəfindən qəbul edilib. Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub. (APA)

Ətraflı

Putin qeyri-adekvatdır – Zelenski deyir

“Putin qeyri-adekvatdır və ya Ukraynanın ələ keçirilməsi ilə bağlı digər ölkələrlə razılaşmaları var”.   Viral.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The New York Times”a deyib.   “O, qeyri-adekvat insandır, çünki adekvat insan başqa dövlətə qarşı tam miqyasda döyüşə gedə bilməz. O, qeyri-adekvatdır və ya bunun üçün ona heç nə olmayacağını bilirdi. Bu o deməkdir…

Ətraflı

Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır

“Görünən odur ki, Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır və nazirlər necə davranacaqlarına qərar verməlidirlər”. Viral.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel Brüsseldə keçirilən iclasdan əvvəl bildirib. Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Gürcüstan hakimiyyətini xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsinin…

Ətraflı

Avropa İttifaqı Ukrayna üçün sammitdən sonra Rusiya ilə konfrans keçirəcək?

Avropa İttifaqı İsveçrədəki “sülh sammiti”ndən sonra Rusiya ilə konfrans keçirməyi planlaşdırır.     Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.   Qeyd olunub ki, Kiyev üçün ölkələrin təmsilçiliyini mümkün qədər artırmaq və “Qlobal Cənub” adlanan dövlətləri konfransa cəlb etmək vacibdir. Öz növbəsində Moskva da bütün gücü ilə bunun qarşısını almağa çalışır.    “Bloomberg” mənbələrinin bildirdiyinə…

Ətraflı

Kilsədən Baqrata müsbət CAVAB

Ermənistanda etirazlara liderlik edənaArxiyepiskop Baqrat Qalstanyanın ruhani xidmətini dayandırması məsələsi katolikosluqda müzakirə edilib.   Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsindən bildirilib.   Qeyd olunub ki, keşişə müsbət cavab verilib.   “Arxiyepiskopun ruhani rütbəsi onunla qalır və onun mənəvi və inzibati xidmətinə xitam verilir”, – deyə qeyd olunub.

Ətraflı

Sabiq baş nazirin partiyası Gürcüstan prezidentinin təklifini DƏSTƏKLƏDİ

Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın “Gürcüstan naminə” Partiyası prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan Xartiyası”nın prinsiplərini dəstəklədiyini bəyan edib.   Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu deputat Mixail Dauşvili bildirib.   Bununla belə, onun sözlərinə görə, lakin bəzi suallar var.   Deputat bildirib ki, “Gürcüstan naminə” öz qərarını əlavə məsləhətləşmələrdən sonra açıqlayacaq.   …

Ətraflı

İrəvanda saxlanılan etirazçıların sayı ARTIR

İrəvanda 226 etirazçı saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə polisin mətbuat xidmətindən saat 11:00-da bildirilib. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə şöbəyə aparılıblar. Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb,…

Ətraflı

Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək

Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını etiraf edib. Viral.az xəbər verir ki, kansler bu fikri Berlində vətəndaşlarla görüş zamanı bildirib. Tədbirin bəzi hissələri Phoenix telekanalı tərəfindən yayımlanıb. “Müharibənin səbəblərindən biri Ukraynanın guya NATO-ya daxil olmaq niyyətinə düşməsi idi. Bilirsiniz ki, yaxın gələcəkdə belə bir şey gözlənilmir. Yəqin ki, bu, yaxın 30…

Ətraflı

Gürcü ombudsmandan parlamentə ÇAĞIRIŞ – Vetoya qarşı çıxmayın!

Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani parlament çoxluğunu prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv etməməyə çağırıb. Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, parlamentin hüquq komitəsinin iclasında danışıb. “Biz hesab edirik ki, bu qanunun məqsədi – Gürcüstana xaricdən daxil olan vəsaitlərin şəffaflığının daha yüksək standartının yaradılması – qanunidir, lakin buna nail olmaq üçün mövcud…

Ətraflı

Ermənistandakı etirazlarda deputat SAXLANILDI

Ermənistanın paytaxtı İrəvanda etirazlar davam edir. Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, aksiyalar zamanı saxlanılanlardan biri Ermənistan parlamentinin deputatı olub. Onu Hanrapetutyan küçəsindən uzaqlaşdırmağa çalışan təhlükəsizlik qüvvələri deputat Aşot Simonyanı qısa müddətə saxlayıb. Qeyd edək ki, indiyə kimi 196 etirazçı saxlanılıb.

Ətraflı

İspaniya Ukraynaya hansı silahları verəcək?

İspaniya Ukraynaya “Patriot” raketləri və “Leopard” tankları verəcək.   Viral.az BBC-yə istinadən xəbər verir ki, bu, Ukrayna prezidenti Volodimir Zelenskinin İspaniyaya səfəri zamanı açıqlanacaq.    İspaniya aprel ayında elan etdiyi 1,13 milyard avro dəyərində hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya “Patriot” hava hücumundan müdafiə raketləri və “Leopard” tankları göndərməyi planlaşdırır.   İspaniya Ukraynaya 10-dan çox “Patriot”…

Ətraflı

Gürcüstan parlamenti yenidən təhlükəsizlik səviyyəsini artırdı

Gürcüstan parlamenti qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsinə qayıdıb. Viral.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb. Bu o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərini əhatə etməyəcək, eyni zamanda bir yayımçıdan maksimum üç qrup daxil ola biləcək. Parlamentin hüquq komitəsi bu gün prezidentin…

Ətraflı

Ukrayna PUA-sı Qazaxıstan sərhədlərində…

Ukrayna pilotsuz təyyarəsi Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Voronej M” uzaqmənzilli hədəf aşkar edən radiolokasiya stansiyasına qədər məsafə qət edib.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, dünən Rusiya ictimai səhifələri Orsk yaxınlığında PUA-nın “düşdüyünü” və pilotsuz təyyarənin hədəfinin “hərbi obyekt ola biləcəyini” yazmışdı.   Qeyd edək ki, “Voronej M” Rusiyanın uzun mənzilli stasionar üfüqdən…

Ətraflı