Sloveniya Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə səfər edəcək.

 

Viral.az xəbər verir ki, bu barədə Sloveniyanın Radio və Televiziyası məlumat yayıb.

Son Yazılar:

 

“Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq. Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətcə kömək etməyə davam edəcəyik”, – Sloveniya Prezidenti deyib.

 

“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlər nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli dəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz üzvü Kiyevlə analoji sazişlər imzalayıb.