Almaniya Rusiya ilə beş ildən sonra baş verə biləcək hərbi münaqişəyə hazırlaşmalıdır.
Viral.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin Hamburq torpağı üzrə komandanı Mixail Hiss deyib.
“Baltikyanı ölkələrin və ya Polşa sakinlərindən fərqli olaraq Almaniyada biz hələ də xarici təhlükəni dərk etməkdən çox uzağıq. Amma bir əsgər kimi mənim daxili saatım tıqqıldayır və mənə deyir ki, beş ildən sonra xarici hərbi təhlükəyə qarşı durmaq üçün biz sosial cəhətdən sabit olmalıyıq”, – Hiss bildirib.